Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda bazarla birlikdə 3 mərtəbəli restoran da yanıb


Cəlilabad rayonunun Göytəpə şəhərində bu gün bazarla birgə 3 mərtəbəli restoran da yanıb.

İlkin ehtimala görə, yanğın əvvəlcə sahəsi 360 kvadratmetr olan 3 mərtəbəli restoranda baş verib. Nəticədə restoran tamamilə yanıb.

Sonra alov 700 kvadratmetr ərazisi olan bazara keçib. Nəticədə bazarın 300 kvadratmetri və 20-yə yaxın mağazası yanıb. Güclü yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Ümumilikdə hadisə yerində 10 yanğınsöndürən avtomobil (3 avtomobil Cəlilabad rayon yanğından mühafizə hissəsi, 2 avtomobil Göytəpə şəhər yanğından mühafizə bölməsi, 2 avtomobil Masallı rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Biləsuvar rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Salyan rayon yanğından mühafizə hissəsi və 1 avtomobil N saylı hərbi hissəyə məxsus avtomobil) və rayon icra hakimiyyətinin 1 su maşını çalışıb.

Yanğın zamanı zərər çəkən 2 nəfər hadisə yerində olan təcili tibbi yardıma müraciət edib.

Hazırda hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün təhqiqata başlanılıb./report






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10