Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - FOTOLAR


Masazırın vizit kartı çəhrayı göl yox, üfunət qoxusudur

Məlum olduğu kimi, Abşeron yarımadasında təkcə Azərbaycanın paytaxtı Bakı şəhəri və (faktiki) ikinci böyük şəhəri Sumqayıt deyil, həm də bu yaxınlarda şəhər statusu almış Xırdalan, eləcə də bir çox digər qəsəbə və kəndlər yerləşir. Masazır da onlardan biridir. Şəhər tipli qəsəbə hesab edilir.

Bu qəsəbə Azərbaycanda yeganə çəhrayı gölün burada yerləşməsi və bəlkə də, paytaxta yaxınlığı istisna olmaqla, Abşeronun digər qəsəbələrindən fərqlənmir. O, sözün əsl mənasında, Bakının lap yanında, onun tam girişində, Xırdalan şəhəri ilə üzbəüz yerləşir. Ancaq yenə də ərazisinə girən hər kəsi təəccübləndirən çox əhəmiyyətli bir fərq var.

Bu, onun gözəlliyi deyil, geniş asfalt küçələr, müxtəlif yeni göydələnlər və birinci dərəcəli mağazalar da deyil.

Masazırı Abşeronun bir çox qəsəbələrindən fərqləndirən onun küçələrində məskunlaşan antisanitar şəraitdir. Burada, deyəsən, məişət tullantılarının qoyula biləcəyi küçə zibil qabları kimi sivilizasiya nümunələrinin olduğunu heç eşitməyiblər. Heç olmasa bütün tullantılar üçün bir növ zibil konteynerlərini deyirik. Onların müxtəlifliyini - qida tullantıları, kağız və karton üçün ayrıca konteynerləri xəyal belə, edə bilməzsiniz.

Qəsəbə bələdiyyəsi ən yüksək mükafata layiq olan bir nou-hau ilə çıxış etdi – qəsəbə sakinlərinə tullantılar ilə dolu torbaları birbaşa darvazalardan və hasarlardan asmaq təklif edildi ki, sonradan zibil maşını onları həftədə iki dəfə toplaya bilsin. Həm də pulsuz deyil, ayda 4 manata. Təsəvvür edə bilərsinizmi, necə qənaət və nə qədər qazanc? Doğrudan da, Bakının özündə, Masazırdan beş dəqiqəlik məsafədə, gündəlik zibil yığımı üçün ayda cəmi 1 manat alırlar, hər küncə konteynerlər qoyulur.

Beləliklə, qənaətə qayıdaq. Ən azı 200-300 manatlıq küçə zibil qablarını alıb quraşdırmağa ehtiyac yoxdur, zibil maşını gündəlik deyil, qismət olarsa, həftədə iki dəfə tullantıları yığır, beləliklə benzinə, sürücünün və işçilərin maaşına qənaət olunur.

İl boyu, xüsusən də yayın istisində, qəsəbənin küçələrində özünəməxsus ambrenin olması hətta özəllik qatır - adamda belə bir hiss yaranır ki, bu qəsəbədə hamı - həm təmizliyə, asayişə cavabdeh olanlar, həm də əhali - bu "ətirə" öyrəşiblər və onsuz öz evlərində olmadıqları hissi yaranardı. Çürük qoxusu o qədər vüsət alıb ki, elə Masazır adına paralel səslənməyə başlayıb.

Daha çox deyəcəyəm. Bu, yəqin ki, yeganə şəhər tipli qəsəbədir ki, orada bələdiyyənin küçə süpürməyə təyin etdiyi işçilər heç vaxt görünməyib, onlar sadəcə olaraq yoxdur. Onlar haqqında heç burada eşitməyiblər də. Elə abadlıq işləri barədə də. Həqiqətən, hasarlar boyunca, dükanların, ofislərin və digər iaşə obyektlərinin yaxınlığında, bizdə adət olduğu kimi, sayıla bilməyəcək qədər qamışlar, alaq otları ağac kimi böyüyür, onlardan oyuncaq kimi asılan zibillə dolu çantalar haqqında isə nəsə demək belə, yersizdir. Onlar  Yeni il yolkasına  bəznəyirlər – zibillə bəzədilən yolkalar...

Əslində, eyniadlı gölün sahilində yerləşən və Xırdalanla birləşən qədim Masazır (ad farsca kütlə (qum) və hissəciklər - zar sözündəndir, ərazi, yəni qumlu yer, yerli əhali kəndin adını Məstanzor şəxsi adı ilə əlaqələndirir) Bakının mərkəzindən cəmi 16 km və maşınla 5 dəqiqəlik məsafədədir. Amma, ya Rəbb, həm paytaxtdan, həm də Xırdalandan sivilizasiya baxımından nə qədər uzaqdır. Və deməyin ki, bu, şəhər deyil, qəsəbələrin özünəməxsus xüsusiyyətləri və üstünlükləri olur.

Bir çoxumuz Türkiyədə, xüsusən də Antalyanın kurort bölgələrində olmuşuq. Şəhərin özündən sözün əsl mənasında 10-20 dəqiqəlik məsafədə Masazırda olduğu kimi əhalisi sıx olan qəsəbələr var - bunlar Belek, Kəmər, Beldibi, Tekirovadır. Onların isə öz təmizliklərində və baxımlılıqlarında, abadlıqlarında, böyük şəhərlərdən heç bir fərqi yoxdur.

Amma Masazır dünyanın 9-dan biri olan eyniadlı çəhrayı gölün sayəsində Azərbaycanın görməli yerlərindən biridir və turistlər arasında çox populyardır.

Təəssüflər olsun ki, bu gün Masazır deyiləndə çəhrayı rəngin müxtəlif çalarları ilə parıldayan bənzərsiz və gözəl göl deyil, müxtəlif çalarlı üfunət qoxusu yada düşür.

Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer - Paytaxtdan 5 dəqiqəlik məsafə və sözün bitdiyi yer -

Müəllif: Mira Həsənova






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10