Masallı rayonu üzrə bu ilki qəbul imtaharlarının nəticələrinə ötəri baxış...
2018-ci ildə Masallıdakı 65 tam orta məktəbin 1489 nəfər bitirib. Onlardan cəmi 734 nəfəri ali məktəbə sənəd verib. Göründüyü kimi, bu ilki məzunların yarıdan çoxu, 755 nəfəri ali məktəbə sənəd verməyib. Ali məktəbə sənəd verən 734 nəfərdən isə 500 nəfəri (onlardan bir neçəsi imtahansız tələbə qəbul edən ali məktəblərə daxil olub) qəbul olunub.
Bəzi müqayisələrə nəzər salaq.
Öncə müasir tipli məktəblərin nəticəsinə diqqət yetirək..
Ərkivan qəsəbəsində 4 tam orta məktəb var- 1 saylı (Abbaslı məhəlləsi), 2 saylı (Bədirli), 3 saylı (Bağlaküçə) və 4 saylı Həsənəküçə tam orta məktəbləri.
Bu məktəblərdən ancaq 1- i müasir tiplidir-Bədirli məktəbi. Bu məktəbin də qəbuldakı nəticələri Ərkivandakı digər, həm də təmirsiz, bərbad vəziyyətdə olan məktəblərə nisbətən ən aşağıdır. Nəzərə alsaq ki, Bədirli məktəbinin tələbə adını qazananların 2-si “legionerdir”. Yəni adı burada, özü Bakıda olanlardır. Onda mənzərə daha da aydınlaşar. (Onu da qeyd edək ki, rayon üzrə “legioner”lər, yəni adı burada, özləri Bakıda, eləcə də digər yerlərdə olan şagirdlər haqqında ətraflı yazı hazırlamağa statrt vermişik. Bu barədə məlumatı olanlar bizimlə əlaqə saxlaya bilərlər).
Ərkivanda təmirə görə ən bərbad vəziyyətdə olan Ərkivan 1 saylı tam orta məktəbi isə bu ilki nəticələrinə görə nəinki qəsəbə üzrə, eləcə də rayon üzrə nəzərəçarpacaq uğurlara imza atıb. Belə ki, rayon üzrə, yeganə qızıl medalçı bu məktəbin payına düşür. Məktəbin 2 şagirdi 650-dən yuxarı, 676 bal yığan İradə isə rayon üzrə qızlar arasında ən yüksək nəticə göstərib. Məktəbin digər 2 şagirdi 600-ə yaxın, 500-dən artıq bal yığıb.
Yeri gəlmişkən uğurları da unutmayaq. Masallıda 600-dən yuxarı bal yığanların, eləcə də 500 həddini keçənlərin sayı ötən illə müqayisədə artmışdır. Ucqar kəndlərə təhsil alıb, tələbə adını qazananlar arasında qızların sayının artması da fərəh doğurur.
Bütün bunlarla yanaşı qəbulun nəticələrinə görə təəssüf doğuran nəticələrə tuş gələn məktəblər də vardır.
Rayonda bir qədər kobud da çıxsa, 3 “qısır” məktəb də var. Onlardan 2-si yaxın illərdə yüksək səviyyədə təmir edilmiş Hüseyhacılı və Yedioymaq 1 saylı məktəbidir ki, bir məzunları belə ali məktəbə qəbul olunmayıb. Qarğalıq tam orta məktəbini bu il 10 nəfər bitirib, onlardan cəmi 1 nəfəri ali məktəbə sənəd verib, o da qəbul olunmayıb.
Şəhər 1 saylı tam orta məktəbinin nəticələri də maraq doğurur. Məktəbi 107 nəfər bitirib. Onların təxminən yarısı – 59 nəfəri ali məktəbə sənəd verib və bunlardan 55 nəfəri tələbə adını qazanıb. Bu rayon üzrə qəbulun 10 faizindən də bir qədər çoxdur.
Bu 55 nəfərin içində maraq doğuran nüanslar da var. Belə ki, 1 saylı məktəbin tələbə adını qazananlarından 6 nəfərinin balları “güzgülüdür”
- 1 nəfər 600, 1 nəfər 500, 1 nəfər 400, 1 nəfər 300, 2 nəfər 200 (Lap keçmiş təhsil başqanı Astan İbişovun sonu 600-lə bitən maşınlarının nömrəsinə oxşayır)
Həmçinin 1 saylı məktəbinin bu 55 nəfərindən 5 nəfəri imtahansız, ancaq attestatla tələbə qəbul edən Moskva və Kazan universitetlərinə qəbul olunub.
Rayon üzrə 600-dən yuxarı bal yığanların 1-ci 20-liyində ordenli-medallı məktəblərin heç bir məzunu düşə bilməyib. Həmin 20-likdə isə şəhər məktəblərindən ancaq 1-nin şəhər 3 saylı məzunun adı var. Ən adi müqayisədən də bəlli olur ki, bəzi ucqar, azsaylı şagirdləri olan məktəblərin nəticələri bəzi “bərkgedən” məktəblərdən xeyli üstündür.
Ən yaxşı göstəricilər isə Boradigah 2 saylı. Ərkivan 1 saylı, Mahmudavar, Qəriblər və digər məktəblərə məxsusdur.
Qeyd: Ali təhsil müəssisələrinə sənəd verən və qəbul olan abituriyentlərin sayı haqqında məlumat məktəb rəhbərlərinin verdiyi məlumata uyğun qeyd olunmuşdur .
Şəfa.A
2017/2018 tədris ilində Masallı rayon ümumtəhsil məktəblərindən Ali | |||||||
| Məktəbin adı | Şagird sayı | Sənəd verənlər | Qəbul olan | % | Qızların sayı | % |
1 | Dəfinə lisseyi | 26 | 26 | 19 | 73 | 5 | 19 |
2 | Hişkədərə kənd tam orta | 23 | 21 | 15 | 65 | 7 | 30 |
3 | Türkoba kənd tam orta | 35 | 20 | 14 | 40 | 3 | 9 |
4 | Boradigah 2 saylı tam orta | 45 | 23 | 14 | 31 | 7 | 16 |
5 | Yeyənkənd kənd tam orta | 43 | 19 | 12 | 28 | 7 | 16 |
6 | Təzə Alvadı 1 saylı tam orta | 35 | 16 | 12 | 34 | 1 | 3 |
7 | Eminli kənd tam orta | 25 | 14 | 12 | 48 | 3 | 12 |
8 | Qəriblər kənd tam orta | 22 | 15 | 10 | 45 | 3 | 14 |
9 | Ərkivan qəsəbə 4 saylı tam orta | 26 | 12 | 10 | 38 | 5 | 19 |
10 | Ərkivan qəsəbə 1 saylı tam orta | 41 | 22 | 10 | 24 | 6 | 15 |
11 | Böyük Xocavar kənd tam orta | 39 | 14 | 11 | 28 | 1 | 3 |
12 | Bambaşı kənd tam orta | 19 | 10 | 10 | 53 | 3 | 16 |
13 | Xırmandalı kənd tam orta | 38 | 10 | 9 | 24 | 1 | 3 |
14 | Xıl kənd tam orta | 32 | 22 | 9 | 28 | 6 | 19 |
15 | Hactəpə kənd tam orta | 12 | 9 | 9 | 75 | 2 | 17 |
16 | Gəyəçöl kənd tam orta | 23 | 10 | 9 | 39 | 2 | 9 |
17 | Səmitxan kənd tam orta | 17 | 9 | 8 | 47 | 6 | 35 |
18 | Mollaoba kənd tam orta | 22 | 12 | 8 | 36 | 2 | 9 |
19 | Mahmudavar kənd tam orta | 17 | 8 | 8 | 47 | 6 | 35 |
20 | Kəlbihüseynli kənd tam orta | 11 | 8 | 8 | 73 | 1 | 9 |
21 | Ərkivan qəsəbə 3 saylı tam orta | 31 | 10 | 8 | 26 | 0 | 0 |
22 | Ərkivan qəsəbə 2 saylı tam orta | 20 | 14 | 8 | 40 | 2 | 10 |
23 | Təzəkənd kənd tam orta | 41 | 14 | 8 | 20 | 0 | 0 |
24 | Qızılavar kənd tam orta | 19 | 10 | 7 | 37 | 2 | 11 |
25 | Kalinovka kənd tam orta | 20 | 19 | 8 | 40 | 2 | 10 |
26 | Yeni Zuvand kənd tam orta | 12 | 8 | 6 | 50 | 2 | 17 |
27 | Köhnə Alvadı kənd tam orta | 23 | 9 | 6 | 26 | 1 | 4 |
28 | Həsənli kənd tam orta | 15 | 10 | 6 | 40 | 3 | 20 |
29 | Yeddioymaq 2 saylı tam orta | 15 | 7 | 5 | 33 | 1 | 7 |
30 | Təklə kənd tam orta | 18 | 10 | 5 | 28 | 0 | 0 |
31 | Sığıncaq kənd tam orta | 20 | 5 | 5 | 25 | 1 | 5 |
32 | Masallı şəhər 4 saylı tam orta | 29 | 7 | 5 | 17 | 1 | 3 |
33 | Masallı 2 saylı tam orta | 18 | 9 | 6 | 33 | 3 | 17 |
34 | Güllütəpə kənd tam orta | 14 | 6 | 5 | 36 | 2 | 14 |
35 | Böyük Kolatan kənd tam orta | 23 | 12 | 5 | 22 | 1 | 4 |
36 | Boradigah 1 saylı tam orta | 22 | 11 | 5 | 23 | 2 | 9 |
37 | Bədəlan kənd tam orta | 24 | 10 | 6 | 25 | 3 | 13 |
38 | Masallı şəhər 6 saylı tam orta (Seybətin ) | 20 | 5 | 4 | 20 | 0 | 0 |
39 | Sərçuvar kənd tam orta | 10 | 6 | 4 | 40 | 1 | 10 |
40 | Rüdəkənar kənd tam orta | 14 | 11 | 5 | 36 | 1 | 7 |
41 | Qızılağac 1 saylı kənd tam orta | 22 | 8 | 4 | 18 | 4 | 18 |
42 | Musaküçə kənd tam orta | 20 | 4 | 4 | 20 | 2 | 10 |
43 | Miyəkü kənd tam orta | 5 | 4 | 4 | 80 | 1 | 20 |
44 | Molla Həsənli kənd tam orta (Masallı qəsəbə ) | 18 | 4 | 5 | 28 | 1 | 6 |
45 | Bala Kolatan kənd tam orta | 9 | 8 | 4 | 44 | 2 | 22 |
46 | Yelağac kənd tam orta | 7 | 3 | 3 | 43 | 0 | 0 |
47 | Təzə Alvadı 2 sylı tam orta | 14 | 6 | 4 | 29 | 0 | 0 |
48 | Sığdaş kənd tam orta | 9 | 4 | 3 | 33 | 2 | 22 |
49 | Qodman kənd tam orta | 15 | 9 | 3 | 20 | 1 | 7 |
50 | Köçəkli kənd tam orta | 33 | 9 | 8 | 24 | 2 | 6 |
51 | Çaxırlı kənd tam orta | 14 | 11 | 3 | 21 | 1 | 7 |
52 | Tüklə kənd tam orta | 16 | 5 | 2 | 13 | 0 | 0 |
53 | Qızılağac 2 saylı kənd tam orta | 21 | 9 | 2 | 10 | 0 | 0 |
54 | Öncəqala kənd tam orta | 8 | 6 | 2 | 25 | 0 | 0 |
55 | Lürən kənd tam orta | 8 | 2 | 1 | 13 | 1 | 13 |
56 | Masallı şəhər 7 saylı tam orta(Kosakül) | 11 | 3 | 2 | 18 | 2 | 18 |
57 | Binə Xocavar kənd tam orta | 20 | 5 | 2 | 10 | 0 | 0 |
58 | Yeddioymaq 1saylı tam orta | 7 | 3 | 0 | 0 | 0 | 0 |
59 | Qarğalıq kənd tam orta | 20 | 1 | 0 | 0 | 0 | 0 |
60 | Hüseynhacılı kənd tam orta | 8 | 3 | 0 | 0 | 0 | 0 |
61 | Şərəfə kənd tam orta | 30 | 16 | 14 | 47 | 5 | 17 |
62 | Masallı şəhər 3 saylı tam orta | 59 | 41 | 28 | 47 | 14 | 24 |
63 | Masallı şəhər r 1 saylı tam orta | 107 | 59 | 55 | 51 | 24 | 22 |
64 | Qasımlı kənd tam orta | 29 | 9 | 8 | 28 | 0 | 0 |
65 | Masallı şəhər 5 saylı tam orta (İskəndərli ) | 20 | 9 | 5 | 25 | 4 | 20 |
| C Ə M İ | 1489 | 734 | 500 | 34 | 171 | 11 |
| |||||||
|