Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran. Regional Təhsil İdarəsi rəhbərliyinin bölgə jurnalistləri ilə görüşü – etiraflar, gileylər, təkliflər, arzular və vədlər


LARTİ-nin rəhbəri  Elxan Nəcəfovun etirafı: - Bizdən asılı olmayan səbəblər də var

2022-ci il, avqustun 18-də Lənkərandakı Cornaval restoranında son illərlə müqayisədə arzu olunan, lakin baş tutmayan çox maraqlı bir tədbir düzənlənmişdi. Belə ki, bölgənin 30-a yaxın  jurnalisti Lənkəran Regional Təhsil idarəsinin rəhbəri Elxan Nəcəfovla  görüşə toplaşmışdı.

Tədbirin özəlliyi o idi ki, əvvəlki illərlə müqayisədə təhsil şöbə müdirləri ilə bəzi jurnalistlərlə bağlı qapı arxasında baş tutan, bəzən də arzu olunan “nəticə” verməyən görüşlər bu gün açıq müstəfiyə keçmişdi.

LARTİ-nin rəhbəri Elxan müəllim tanışlıq çıxışı və sonra moderatorluğu ilə iştirakçılara bu görüşlər üçün səmimi olduğunu inandıra bildi.

Tədbir iştirakçılarından demək olar ki, hamısı danışdı - qadağa, məhdudiyyət yox idi. Hətta bir neçə dəfə danışan, hətta lazım olduğundan çox danışan, bütün bunlarla yanaşı kifayət qədər dəyərli təkliflər səsləndirən, maraqlı müqayisələr aparan, çıxış yolların göstərənlər də oldu.

Elə bil, neçə illik bağlı “boğça”nın ağzın açmışdılar. On illərlə deyilməyən, daha doğrusu tərəflərin bir-biri eşitməyən tərəflərdən deyilən, əksər hallarda nəticəsiz qalan, qarşılıqlı ittihamlarla dolu gileylər, tənqidlər açıq müstəvidə, “tetatet” deyilirdi.

Əsas giley o oldu ki, bu təşkilatın saytı arzu olunan tələblərə cavab vermir, statistik baza əl çatan deyil, ya da bir çox sahələr üzrə çox “cansızdır”. Eləcə də vurğulandı ki, ucqarlarda, xüsusən dağ rayonların kəndlərində internet imkanları çox zəifdir. Yəni, deyilənlərin bir çoxunu bərbad, texniki imkanları sıfıra bərabər, hətta sanuzel problemlərini həll edə bilməyən təhsil ocaqlarlarında reallaşdırmaq mümkünsüdür.

Zahir Əmənov öz çıxışında bildirdi ki, mən istəyirəm bu təşkilatın saytına girib, orada bölgədəki 6 rayonun hansı birisinə, oradan da həmin rayondakı məktəbin səhifəsinə keçid edim və görüm ki, harada nə var, nə yox.

Tədbirdə xadimə biznesindən, abunə-kitab biznesindən tutmuş, qadın müəllimlərin çoxluğuna, kadr çatışmazlığına qədər çox mətləblərə toxundu.

Sonda razılaşdırıldı ki, belə tədbirlər hər ay keçirilsin. Ay boyu təkliflər araşdırılsın, qruplaşdırılsın, bölgədəki digər jurnalistlər, blogerlər də bu tədbirə qatılsın, eləcə də LARTİ-nin internet resursarına- qaynar xəttinə, saytına giriş daha rahat olsun, istedadlara, ölkə və dünya üzrə uğura imza atanlara daha geniş meydan verilsin.

Yəqin ki, qurumun rəhbəri Elxan müəllimlə yaxın vaxtlar üçün razılaşdığımız müsahibədə daha çox mətləblərə aydınlıq gətiriləcək. Siz də bununla bağlı suallar və təkliflər ünvanlaya bilərsiniz.

Sonda arzu edirik ki, bölgədəki digər qurumlar da belə tədbirlər keçirsinlər.

Cenub.az   Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10