Azadlıq Radiosu-nun erməni bürosu ermənilərin yaşadığı kənddən reportaj hazırlayıb. Reportajda Kəlbəcərlə sərhəddə yerləşən kəndin erməni sakinləri öz qorxularını dilə gətiriblər.
"Görürsünüz, türk gəlib başımızın üstünü kəsdirib. Kənddə arvad-uşaq var, kənd sakinlərinin çoxu qorxusundan heç mal-qaranı tövlədən çıxartmayıb. Mən birinci Qarabağ savaşının iştirakçısıyam, övladlarım isə sonrakı savaşın", - kənd sakini deyib.
Kəndin digər sakini isə bildirib ki, yuxarıdakılar aralarındakı çəkişməni bir qırağa qoyub, xalqı düşünməlidirlər: "Körpə uşaqlarım var, hamısı qorxu içində yaşayırlar. Tələbim odur ki, bizim təhlükəsizliyimizi təmin etsinlər".
Daha ərtaflı videosüjetdə: