Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Böyük Britaniyada “ağıllı” həbsxana açılacaq


Böyük Britaniya hökuməti 2025-ci ildə Full Suttonda “ağıllı” həbsxananın açılacağını elan edib.

Müəssisə günəş enerjisi ilə işləyəcək. Bütün məhbuslara noutbuk və planşetlər paylanacaq.


Bu həbsxana ölkə tarixində ən bahalı həbsxana olacaq. Belə ki, onun tikintisinə 400 milyon funt-sterlinq ayrılıb.

Obyekt cinayətkarlığı azaltmaq üçün ən son smart texnologiya ilə dizayn ediləcək.

Məhkumlara verilən qadcetlər onlara internetdən istifadə etməyə imkan verməyəcək və müxtəlif mühafizə vasitələri ilə təchiz ediləcək. Notbuk və planşetlərdən təhsil kursları keçmək və yeni peşələrə yiyələnmək üçün istifadə oluunacaq.

Bundan əlavə, qadcetlər məhbuslara həbsxana həkiminin qəbuluna yazılmaq, kitabxanada kitablar üçün müraciət etmək, ailələrinə neçə dəfə zəng edə biləcəklərini görmək imkanı verəcək.

Mənbə: gazeta.ru






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]