Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda “Bir şəhid, bir şahid” tamaşası


15 avqust 2022-ci il tarixdə Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayonun Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin səhnəsində Viləş kəndindən olan Aprel şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr olunmuş “Bir şəhid, bir şahid” tamaşası nümayiş olunub.

Tamaşada Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid valideynləri, müharibə iştirakçıları, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra yazıçı-publisist Nurəddin Ədiloğlunun “Vətən pərvanələri” pyesinin motivləri əsasında hazırlanmış “Bir şəhid, bir şahid” əsəri tamaşaçılara təqdim olunub.

Qeyd etmək yerinə düşər ki, Masallı Xalq Teatrının aktyorları ilə yanaşı Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin, Cəlilabad rayon Mədəniyyət Mərkəzi aktyorlarının iştirakı ilə nümayiş olunan “Bir şəhid, bir şahid” tamaşasına Masallı Xalq Teatrının quruluşçu rejissoru Camələddin Əliyev quruluş verib, istifadə olunan müsiqi parçalarını Ruslan Zahidov, səhnə tərtibatını Elsevər Əliyev hazırlayıb.

Tamaşadan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov Qəhrəmanlar anası Ziba xanım Əsgərova, şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Rayon rəbəri qeyd edfib ki, şəhidlər heç vaxt ölməyib. Biz onlara borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qorusun...

Şəhid Nurlan və İntiqam Əsgərlinin anası Ziba Əsgərova qəhrəman övladları ilə qürur duyduğunu deyib, tədbirin təşkilatçılarına, eləcə də yaradıcı kollektivə minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkdirilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]