Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kondisioner olmadan evi soyutmağın 8 unikal metodu


İstiliklə bağlı problemlər bu gün asanlıqla aradan qaldırıldığı üçün keçmişdə istifadə olunan metodlar hazırda işlək deyil. Texnologiyanın bu qədər inkişaf etmədiyi zamanda belə insanlar daha rasional həllər tapırdılar. Bu həllər və texnikalar hansılar idi?

İqlimə uyğun dizayn

Evlər Günəşin və küləyin hərəkətini nəzərə alaraq tikilirdi. Küləyin və Günəşin hərəkəti evlərdə otaqların yerini müəyyənləşdirirdi. Otaqların birbaşa gün işığına məruz qalmamağına diqqət yetirilirdi. Eyni zamanda otağın havalandırılması üçün küləyin təbii axınının istiqaməti də nəzərə alınırdı.

Sərinlik quyuları

Başqa bir soyutma üsulu yeraltı qazılmış quyulardır. Bu quyuların dibində suyun olması və Günəş şüasının suya birbaşa təmas etməməsi həmin sahənin sərin olmasını təmin edir. Bu soyuq məkan üstündəki otaqları sərinlədirdi.


Kölgə salmaq

Sərt günorta günəşini kəsmək üçün müxtəlif üsullardan istifadə edilib. Başlanğıcda ağaclarla kölgələnmə təmin edilməyə çalışılırdı, lakin texnika inkişaf etdikcə bir çox fərqli üsullardan istifadə edildi.

Klimanın Olmadığı Eski Zamanlarda Evler Nasıl Soğutulurdu?

İzolyasiya

İstilik izolyasiyası binaların sərin qalmasına əhəmiyyətli töhfə verirdi. Buna görə də evin divarları və damı istiliyi xaricdən içəriyə daha az ötürəcək materiallardan istifadə etməklə hazırlanırdı. İstilik ötürülməsini azaltmaq üçün divarlar arasında yun, selüloz lifi və şüşə lifi kimi materiallar yığılır. Torpaq da tez-tez istifadə olunurdu, çünki bu, daxili sərin saxlamaq üçün divarlardan istifadə olunan bir materialdır.

Təbii ventilyasiya

Külək istiqamətinə baxan pəncərələr küləklə otaqları sərinlətməyə kömək edir. İki əks divarda bir pəncərənin olması və ya otağın həyətə açılması ilə təmin edilən meh daxili məkanları sərinlətmək üçün istifadə edilmişdir.

İsti havanı otaqdan çıxarmaq üçün pəncərələrin yuxarı hissəsində və damda havalandırma boşluqları qoyulur. Qızdırılan hava yüksəldikcə bu boşluqlar isti havanın məkanı tərk etməsinə kömək edirdi. Bunun daha səmərəli işləməsi üçün binanın birinci mərtəbəsində külək tuneli tikilib.

Külək bacası və kəhriz

Bu bacaların vəzifəsi yuxarıdan əsən küləyi tutaraq binanın içərisində hərəkət etməyə məcbur edib içərini sərinlətməkdir. Külək bacalarının əks məntiqi ilə işləyən, yəni yeraltı tuneldə isti havanı soyudan və daxili məkanları soyudan mexanizmə kəhriz deyilir.

Buxar soyutma

Necə ki buxarlanaraq dərimizi tərk edən tər bədənimizdəki istiliyin bir hissəsini alıb bədən temperaturumuzun aşağı düşməsinə səbəb olur, eyni prinsip bir məkanın soyudulmasında da istifadə edilə bilər. Məhz buna görə də cənub əyalətlərindəki bazar satıcıları günorta günəşi keçən kimi dükanlarının qabağını suvarmağı öz adətlərinə çeviriblər. Əslində, bu üsul o qədər effektivdir ki, müasir soyuducular da bu prinsiplə işləyir.

Bu metodun ən qədim tətbiqlərindən biri Misirdə görünür. Misirlilər Afrikanın qızmar istisinin təsirini azaltmaq üçün pəncərələrinin qarşısına yaş qamışlar qoyublar.

Su kəmərləri

Romalıların mühəndislik möcüzəsi olan su kəmərləri də soyutma məqsədilə istifadə olunurdu. Əsas məqsədi yeraltı təmiz su şəbəkəsi ilə şəhəri suyla təmin etmək olan su kəmərləri həm də divarlara su çəkərək evlərin içini sərinlətmək üçün istifadə olunurdu. Lakin bu son dərəcə bahalı bir üsul olduğundan, bu soyutma imkanından yalnız elita faydalanırdı./kulis az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10