Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərli qadın eyni zamanda 18 məşuqu ilə görüşüb və günlərin bir günü ələ keçib...


"Necə ola bilərdi ki, vergiləri ödəməyi tələb edən adam öz şəxsi evini satmalı olub?.."
  
Ərdə olan Çin modeli eyni zamanda 18 məşuqu ilə görüşərək, onların 18 milyon yuan (təxminən 505 min manat-red.) məbləğində vəsaitini mənimsəyib və ələ keçib.
 
Bu barədə "South China Morning Post" nəşri yazıb.
 
U soyadlı 29 yaşlı qadın öz dələduzluq fəaliyyətinə 2017-ci ildə başlayıb.
 
O, kişiləri əmin edib ki, onlara ərə gedəcək, hətta öz qurbanları ilə toydanöncəki fotosessiyalar da keçirib. 
 
Bir çoxları onu əvvəlcədən həyat yoldaşı adlandırıb.
 
Kişilərin etibarını qazanaraq, U onlardan pul tələb etməyə başlayıb.
 
Bəzən o, izah edib ki, atası xərçəng xəstəsidir, qohumunu girov qoyaraq həbsdən çıxarmalıdır və ya qardaşına evlənəndən sonra ev almaq üçün pul lazımdır.
 
Uya kömək etmək üçün tora düşən bəzi kişilər kredit götürüb.
 
Kimsə qadının səmimiliyinə şübhə ilə yanaşıbsa, o, polisə şikayət edəcəyi ilə təhdid edib, pulları qaytarıb və yeni qurbanlarından lazımi məbləği xahiş edib.
 
Bu fırıldaqçılıq Unun Van soyadlı məşuqundan qardaşı rolunda çıxış etməyi xahiş edəndən sonra iflasa uğrayıb.
 
O, izah edib ki, guya, ödənilməyən vergilərə görə onu izləyən Li adlı kişidən canını qurtarmağa cəhd edir.
 
Həqiqətən də Li Uya 900 min yuan (təxminən 224 min manat-red.) borc verib.
 
Onunla görüşəndən sonra Van nəsə şübhəli məsələ olduğunu duyub.
 
"Kişi məndən soruşdu ki, ona pulları nə zaman qaytara biləcəyik. Onun sözlərinə görə, vəsaitləri çatışmadığından öz evini satmalı olub. Mən dərhal Unun məndən nəyisə gizlətdiyindən şübhələndim. Necə ola bilərdi ki, vergiləri ödəməyi tələb edən adam öz şəxsi evini satsın?"- o, belə söyləyib.
 
Van Udan valideynlərilə toy məsələsini müzakirə etmək üçün ona imkan verməyi tələb edib. Əks halda onu tərk edəcəyini və pullarını geri tələb edəcəyini deyib.
 
U borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bəyan edəndən sonra kişi polisə müraciət edib.
 
Bundan öncə məlumat verilib ki, Krasnodar sakini olan bir qadın Norilskdən 66 kişini aldadaraq milyonçuya çevrilib. 
 
Dələduz qadın kişilərə ağır həyatından şikayətlənərək, ona kömək etməyi və pulları katına köçürməyi xahiş edib./moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10