Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ombudsman Masallıda öz ofisini açdı


Siz hansı problerinizi bu qurumla həll edə bilər, yaxud bu qurum hansı məsələlərə baxmır?

Bu gün, avqustun 5-də Ombudsman aparatı Masallıda, ASAN XİDMƏT məkanında öz ofisinin açılışını etdi. Həmin ofis asallı ASAN xidmətin əsas binasının qərb tərəfində, ASAN İntellek adlanan binada yerləşir

Xatırladaq ki, bölgəmizdə bu təşkilatın ofisi bu vaxta qədər Cəlilabad rayonun yerləşir və 11 rayonu – Neftçala, Salayn və Biləsuvardan tutmuş Astaraya, Lənkərana qədər rayonları əhatə edir.

Ölkəmizdə belə ofislərin sayı 4-dür – Şimalda Quba, Qərbdə Gəncə, Şimal-Şərqdə Şəki, Cənubda Masallıda yerləşir.

Ofis əsasən 3 istiqamətdə fəaliyyət göstərir

1. Maarifləndirmə

2. Şikayətlərin qəbulu

3. Şikayətlərin yerində araşdırılması.

Açılış mərasimində Ombudsman Səbinə xanım Əliyeva, Masallı Rayon İcra hakimiyyətinin Başçısı Araz Əhmədov iştirak və çıxış etmiş, daha sonra ofisdə göstəriləcək xidmətlərlə, ərizəçilər yaradılmış şəraitlə məşğul olmuşlar.

Ofisin açılışında Azərbaycan Respublikasının Omudsmanı Səbinə Əliyeva , Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov iştirak etmişdir.

Masallıdakı ofisə gənc və təcrübəli, əslən Lənkərandan olan Hüquqşünas Ziya İsmayılov rəhbərlik edir.

Yaxın günlərdə Ziya müəllimlə ətraflı söhbəti sizə təqdim edəcəyik.

Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10