Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Rəsmən deyirəm, azərbaycanlılar Ermənistandan keçib Naxçıvana gedə bilər..."


“Azərbaycan deyir ki, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında rabitəni təmin etmək öhdəliyi götürüb. Biz bu rabitəni hər gün təmin etməyə hazırıq, bizim verdiyimiz imkanlardan istifadə etməyən Azərbaycandır”.

Erməni mediasına istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bu gün də biz deyirik: gəlin, Ermənistan Respublikası(ER) qanunvericiliyində nəzərdə tutulmuş qaydada gedin, ER sərhəddini keçin və Naxçıvana gedin. Biz bu gün bunu təmin etməyə hazırıq. Ötən ildən bizdə gömrük və sərhəd xidməti məntəqəsi var və biz Azərbaycana bildirdik ki, onlar Naxçıvandan ER qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçib gedə bilərlər. Mən rəsmən elan edirəm ki, bu gün Azərbaycan tərəfi Ermənistan Respublikasının sərhədini bir neçə nöqtədən keçərək Naxçıvana gedə bilər. Azərbaycanın ən qərb bölgəsi Qazax rayonudur, biz hazırıq, getsinlər, keçsinlər, Naxçıvana getsinlər, biz bu hərəkətin təhlükəsizliyini təmin edəcəyik. Yalnız Qazax vasitəsilə yox, Vardenis(Basarkeçər-S.L.), Sisyan, Yerasx(Arazdəyən-S.L.), Gorusda da təmin edə bilərik", - deyə Nikol Paşinyan vurğulayıb.

 

   Sultan Laçın






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10