Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həbsxanadan SƏNƏTKAR kimi çıxa bilərsiniz – TƏHSİLİ məhbəsə necə daşımalı?


Azərbaycandakı həbsxanalarda məhkumların azadlığa çıxdıqdan sonra cəmiyyətə yararlı olması üçün hansı tədbirlər görülür?

Belə bir sualla Penitensiar Xidmətin “Cəmiyyət və cəza” jurnalının baş redaktoru, şöbə rəisi Mehaman Sadıqova müraciət edib.  

Baş redaktor cavab olaraq bildirib ki, məhkum cəzaçəkmə müəssisəsinə daxil olan gündən onu azad həyata hazırlamağa başlayırlar. 

“Birincisi, məhkumların öz hüquq və vəzifələri tam izah olunur, çəza çəkdiyi vaxtdan bütün qanuni aktlarla tanış edirik. Eyni zamanda bizdə məhkumları işə cəlb edirlər. Bizdə məhkumlar üçün orta məktəblər fəailiyyət göstərir. Elə məhkumlarımız var ki, ya orta təhsili yoxdu, ya da natamamdır”

Mehman Sadıqov qeyd edib ki, həbsxanalarda texniki peşə məktəbləri də fəaliyyət göstərir: 

“Burada elə ixtisaslardır ki, məhkumlar azadlığa çıxanda özlərinə rahat iş tapa bilərlər. Komputer kursları, xarici dil kursları təşkil olunur ki, məhkumlarda həvəs yaransın və gələcəkdə həyatlarını qura bilsinlər. İndi əlimizin altında statistika yoxdur ki, nə qədər məhkumun həbsdən çıxdıqdan sonra yararlı olduğunu deyək. Amma bilirəm ki, kifayət qədər məhkum həbsdən sonra burada aldıqları təhsilə görə, həyatlarına rahat davam edir”. 


Şəfaqət Cavanşir, Bizim.Media






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]