Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitler qırmızı pomadaya niyə nifrət edirdi? - Hər kəsi təəccübləndirəcək SƏBƏB


İkinci Dünya müharibəsi illərində qırmızı pomada faşizm üzərində qələbənin tam hüquqlu simvoluna çevrilmişdi. Amma Hitler qırmızı pomada çəkən qadınlara nifrət edirdi, səbəbi isə çox maraqlıdır.

Cenub.az Publika.az-a istinadən oxucuları Hitlerin qırmızı dodaq boyasına nifrət etməsinin səbəbləri ilə tanış edir.

1940-cı illərdə yeni tarixi reallıqlarda həyatın bütün çətinliklərinə baxmayaraq, dekorativ kosmetikanın populyarlığında xüsusi artım müşahidə olunur. Təkcə nasist ordusu üzərində qələbədən sonra deyil, həm də müharibə illərində. Britaniya Qida Departamenti belə bir açıqlama yaymışdı ki, tütün kişilər üçün nə qədər vacibdirsə, kosmetika da qadınlar üçün o qədər vacibdir. Fabriklərdə işləyən qadınlara tubiklərdə pulsuz qırmızı pomada vermişdilər. Oxşar vəziyyət ABŞ-da da hökm sürürdü. Hələ 1941-ci ildə hərbidə çalışan qadınlar xidmətdə olarkən dodaqlarını qırmızı pomada ilə vurğulamalı idi.

Təbii ki, belə gözəllik təbliğatı insanların mənəviyyatını yüksəltmək cəhdlərindən irəli gəlirdi. Lakin kosmetikanın, xüsusilə də qırmızı pomadanın populyarlaşmasının eyni dərəcədə vacib səbəbi - Hitlerin əsgərlərini və özünü qıcıqlandırmaq cəhdi idi. Məsələ burasındadır ki, hələ 1933-cü ildə Almaniyada hakimiyyətə gələn Hitler alman qadınlarına kosmetikadan istifadə etməyi qadağan etmişdi. Axı onun partiyasının tərəfdarları anadangəlmə gözəldirlər! Bundan başqa, kanslerin iqamətgahına baş çəkmə qaydaları arasında qırmızı pomada və dırnaq boyasından istifadə qadağası da var idi. Belə ziyarətçilərə Fürerin mülkünə qəti şəkildə icazə verilmirdi.

Bəli, Hitler qırmızı dodaq boyasına şiddətlə nifrət edirdi. Amma qadının üzünü dəyişdiyi üçün yox... “Gizli silah. Qırmızı dodaq boyasının tarixi” kitabının müəllifi Reyçel Felderin sözlərinə görə, fürerin əsas iddiası pomadanın tərkibinə idi: o dövrdə pomada əsasən heyvan yağından hazırlanırdı. Siyasətçi ciddi vegetarian idi, buna görə də kosmetika istehsalına mənfi münasibət bəsləyirdi.

Yeri gəlmişkən, İkinci Dünya müharibəsi zamanı ABŞ hökumətinin tələbi ilə o dövrün görkəmli kosmetika firmaları rejim üzərində qələbəni simvolizə edən qırmızı pomadanın bir neçə xüsusi çalarlarını yaratmışdılar. “Hərbi pomada” tendensiyası tez bir zamanda dünyaya yayıldı, qadınlar qırmızının optimal çalarlarını seçmək imkanı əldə etdilər: məsələn, “qələbə qırmızısı”, “alay qırmızısı”, “raket qırmızısı”, “vətənpərvər qırmızı”, “qumbara qırmızısı”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10