"Ərdoğan yalnız özünün və Türkiyə xalqının müttəfiqidir..."
"Putin Ermənistan rəhbərliyinin siyasətindən son dərəcə narazıdır..."
"Putinin Ermənistanla məşğul olmağa nə zamanı, nə də marağı var..."
"Putin Paşinyana səmimi qəlbdən nifrət edir, onu erməni siyasətində bambılı və anlaşılmazlıq hesab edir..."
"Putin Ermənistanla birdəfəlik üzülüşməyə və onu "nimçədə" Ərdoğana təklif etməyə hazırdır..."
"Ərdoğan Putinin təklif etdiyi hər şeyi götürəcək, əvəzində minimum güzəştlərə gedəcək, amma onlara əməl etməyəcək..."
"Ərdoğan yeganə liderdir ki, Putin ona bel bağlaya bilər, amma bu, əbəsdir..."
"Bayraktar" texnologiyasının Rusiyaya ötürülməsi NATO əleyhinə konkret hərəkət olardı və bu, baş verməyəcək..."
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə getməyi planlaşdırır. İki ölkə arasında münasibətlər, ilk baxışda göründüyü kimi, elə də asan deyil, lakin dövlət rəhbərləri güzəştlər tapa biləcək.
Bunu hərbi icmalçı, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç və "General SVR"-in Telegram-kanaldakı müəllifi güman edir.
Belə ki, "General SVR"-in fikrinə görə, Putin səmərəli danışıqlara bel bağlayır və Ərdoğandan bir sıra istiqamətlərdə güzəştlərə nail olmaq istəyir, bu zaman Kreml rəhbərinin özü də heç də az olmayan şeylər təklif etməyə hazırdır.
"Son zamanlar Putin Ermənistan rəhbərliyinin siyasətindən son dərəcə narazıdır, onun fikrinə görə, Rusiya üçün çətin vəziyyətdən istifadə edərək, o, onun təsir dairəsindən uzaqlaşır və Qərbə tərəf yönəlir. Putinin Ermənistanla məşğul olmağa nə zamanı, nə də marağı var. O, səmimi qəlbdən Paşinyana nifrət edir, onu erməni siyasətində bambılı və anlaşılmazlıq hesab edir. Putinin intriqaların köməyilə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq cəhdləri yalnız özü üçün etimadın itirilməsinə və nüfuzdan düşməsinə gətirib çıxarıb, çünki bu cəhdlər çox yöndəmsiz və bacarıqsız edilib. İndi Putin Ermənistansan birdəfəlik üzülüşməyə və onu "nimçədə" Ərdoğana təklif etməyə hazırdır", - müəllif yazır və əlavə edir ki, Ermənistandan başqa, Putin Ərdoğana Çinin Orta Asiyadan sıxışdırılması üzrə alyans təklif etməyə hazırdır.
"Putin Türkiyəni regionda Çinlə müqayisədə az ziyanlı ölkə hesab edir və bəzi şərtlər daxilində öz mövqelərindən əl çəkməyə hazırdır", - "General SVR" iddia edir.
Müəllifin məlumatına görə, Rusiya prezidenti Türkiyə liderindən Ukrayna rəhbərliyinə təzyiq etmək üçün birgə razılaşdırılmış mövqeyə, sanksiyalardan yan keçməkdə köməyə, NATO-da xüsusi rəyinə, Ukraynaya silah verilməsindən imtinaya və bir çox başqa şeylərə nail olmaq istəyir.
"Putinin Ərdoğanla ünsiyyətinin ənənələrindən çıxış etsək, Türkiyə prezidenti Putinin təklif edəcəyi hər şeyi götürəcək, əvəzində minimum güzəştlərə razı olacaq, amma onlara əməl etməyəcək. Lakin Rusiya prezidentinin verilən vədlərə razılaşmaqdan və çıxılmazlıqdan dizlərinə döyməkdən savayı başqa çıxış yolu və variantları yoxdur. Ərdoğan az qala yeganə liderdir ki, Putin ona bel bağlaya bilər, amma bu, əbəsdir", - "General SVR" belə proqnoz verib.
Oxşar fikri Aleksey Arestoviç ifadə edib və bəyan edib ki, Ərdoğan üçün öz ölkəsinin maraqları hər şeydən üstündür və o, Kreml rəhbərinə güzəştə getməyəcək.
"Axı, Türkiyə özünəməxsus ölkədir. O, Rusiya ilə həm vuruşur, həm də ondan öz maraqları naminə, o cümlədən Qərblə qarşıdurmadan istifadə edir. Lakin düşünürəm ki, Türkiyə hakimiyyəti öz maraqlarını güdür, burada həyəcanlanmağa dəyməz. Ərdoğan Rusiyanın müttəfiqi kimi hətta gülməli də deyil. Ərdoğan yalnız özünün və Türkiyə xalqının müttəfiqidir", - müşavir belə deyib.
Bu yaxınlarda Putinin Türkiyənin "Bayraktarlar" istehsalçısı ilə əməkdaşlıq etmək istədiyi barədə yayılan informasiyalara toxunan Arestoviç bəyan edib ki, bu məsələdə heç bir perspektiv görmür.
"Mən "Bayraktarlar" texnoligiyasının Rusiyaya ötürülməsinə inanmıram, çünki bu, konkret olaraq NATO əleyhinə hərəkət olardı. Amma mən deyə bilərəm ki, mən buna heç təəccüblənməzdim, ona görə ki, Türkiyənin hərbi sənayeçiləri "Bayraktarlar"dan iki pillə yuxarı texnologiyalara keçirlər. Ona görə də nədən köhnə texnologiyaları Rusiyaya verməsin? Lakin, düzünü desəm, bu, NATO və Avropa İttifaqında o qədər mənfi qarşılanacaq ki, çətin ki, bu baş versin. Bu, böyük ehtimalla, Rusiyanın xüsusi xidmət orqanlarının "uydurması"dır./moderator