Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bütün səbəblərdən ölüm riskini azaltmaq üçün gündə neçə addım atmaq gərəkdir...


Gəzinti sağlamlıq üçün faydalıdır. Alimlər deyirlər ki, bir insanın gündə atdığı daha çox addım bütün səbəblərdən ölüm riskinin aşağı salınması ilə əlaqələndirilir.

İsrail mediasına  istinadla  xəbər verir ki, bu haqda “Journal of American Medical Association” jurnalında dərc olunan araşdırma materialda  yazılıb.
 
Araşdırmanın nəticələri göstərir ki, daha vacib olan yerişin intensivliyi deyil, gündəlik addımların sayıdır.
 
Alimlər 40 yaş və daha yuxarı ABŞ sakinlərinin nümayəndələrini seçiblər. Tədqiqatda 4800-ə yaxın amerikalı iştirak edib. Xüsusilə, onlar üç il ərzində pedometrlərdən istifadə ediblər və sonra iştirakçılar ölümlə bağlı monitorinq edilib.
 
Demoqrafik və davranış risk faktorları, bədən kütləsi indeksi və tədqiqat iştirakçılarının sağlamlıq vəziyyəti üçün düzəliş etdikdən sonra tədqiqatçılar ölüm riski ilə addımların sayı və yerimə intensivliyi arasındakı əlaqəni hesablayıblar.
 
Tədqiqatçılar müəyyən ediblər ki, gündə 8000 addım atmaq minimum hesab edilən 4000 addımla müqayisədə bütün səbəblərdən ölüm riskini 51% azaldıb.  Gündə 12.000 addım isə bu riski 65% azaldıb. Eyni zamanda, elm adamları yerimə sürətinin intensivliyi ilə ölüm riskinin azalması arasında heç bir əlaqə aşkar etməyiblər.
 
Mütəxəssislərin fikrincə, tədqiqat müşahidə xarakteri daşıyır və buna görə də səbəb-nəticə əlaqəsini sübut edə bilməz. Bununla belə, onun nəticələri aktiv həyat tərzinin nə qədər vacib olduğunu təsdiqləyir.
 
Sultan Laçın/moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10