Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Politoloq: “Tehranla Bakının çətin münasibətləri bununla bağlıdır”


“İsrailin Azərbaycan neftindən asılı olduğu məlumdur”.

Bunu mk.ru-ya müsahibəsində erməni əsilli rusiyalı politoloq və şərqşünas Karine Gevorqyan deyib.

O, bölgədə baş verən bir sıra proseslərə toxunub: “Əgər Rusiya Federasiyası cizgi filmindəki Pişik Leopold kimi “Gəlin mehriban yaşayaq” çağırışı ilə çıxış edirsə, Amerika tərəfi Yaxın Şərqdə münaqişələrin davam etdirilməsində maraqlıdır. Köhnə imperiya prinsipi ilə: "hamını hamı ilə dalaşdır". 

O, ABŞ-la bərabər, regiondakı müttəfiqlərinin davranışlarını da dəyərləndirib:

"Təbii ki, İsrailə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsi sərfəli deyil və bundan çəkinməyə çalışır. İsrail bütün qonşuları ilə münasibətlərin nizamlanmasından faydalanır. O bu istiqamətdə ciddi işləyib.

İsrailin MDB-də də müttəfiqləri var. Məsələn, İsrailin Azərbaycan neftindən asılı olduğu məlumdur. Onun ehtiyac duyduğu neftin üçdə biri Azərbaycan tərəfindən təmin edilir. Tehranla Bakının çətin münasibətləri də bu vəziyyətlə bağlıdır. 

İndi bu münasibətlərdə müəyyən istiləşmə var. Bu baxımdan ümid var ki, nəticədə regionda münaqişəlilik səviyyəsi azalacaq. Belə bir perspektiv var, amma bunun qarşısını almağa hazır olanlar da var”./Yenisabah.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10