Hindistanın Heydərabad şəhərinin Lanqar Luz şəhərində yerləşən məsciddə tam təchizatlı hemodializ aparatının quraşdırılması üçün yer ayrılıb.
Bu haqda xarici İslam saytalrına istinadla xəbər verir.
“Məscidi-Məhəmmədikə” məscidinin rəhbərliyi müsəlman məbədində kastadan(Hindistanda sosial təbəqələşmənin forması-S.L.) və dinindən asılı olmayaraq cəmiyyətin aşağı təbəqələrindən olan yoxsul insanlara pulsuz böyrək xidmətləri göstərəcək müasir dializ mərkəzinin açılması təşəbbüsü ilə çıxış edib.
Tibb mərkəzi iki qeyri-hökumət təşkilatı: "Helping Hand Foundation" və "SEED US" arasında əməkdaşlığın nəticəsidir. İndiyədək təşkilatlar məscidlərin nəzdində 6 ilkin səhiyyə mərkəzi və qocalar evi yaradıblar...
Sultan Laçın/moderator.az