Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gülağa Tənha jurnalistləri necə təltif etdi?


30 ildən artıqdır ki, Gülağa Tənha adı az qala bir ağ göyərçin, bir sülh və xeyirxahlıq simvolu kimi yurdumuzu dolaşır.  

Onu dəyərləndirənlər yüzlərlə, minlərlə olsa da, az da olsa belə qınayanlar da, incik olanlar da, hətta “papaq” atanlar da olur. Bütün bunlara baxmayaraq, G. Tənhanın əməlləri, yaradıcılığı sanki bir qoşa qanad kimi onun xeyirxahlığı və bir-birindən həzin, kövrək şeirləri günbəgün ürəklərə, yaddaşlara hopur, gah nəğməyə, gah da ən dəyərli sənətkarlarımızın ifasında gözəl qiraət nümunələrinə çevrilir.

Gülağa Tənhanın təşəbbüsü ilə Milli Mətbuat Günü ərəfəsində düzənlənən tədbir də öz orijinallığı ilə seçilirdi. Tədbirin əsas məqsədi Gülağa Tənhanın şeirlərinə yer ayıran qəzetlər və saytların mükafatlandırması idi. Mötəbər komissiyanın araşdırması nəticəsindən sonra qərara alınıb ki, ölkənin 10-dan artıq saytı ümumilikdə 10 min manat pulla mükafatlandırılsın.

Mükafatlandırılan saytlar sırasında “Şərq” qəzeti, Azpres.az, Azərbaycan İnformasiya Agentliyi, Qlobal.az, DİA.az, Səstv, SİAM.AZ, azpravda.az, cenub.az, Can Vətən.az və digər saytlar yer almışdı. 

İştirakçılara 3000 manatdan 200 manata qədər, cəmi 10 min manat pul mükafata və Gülağa Tənhanın 5 cildlik kitabları hədiyyə edilib

Tədbir Bakıdakı Maestro restoranında baş tutan tədbir jurnalistlər çıxış edib Gülağa Tənha yaradıcılığı, hətta bir çox insanları təəccübləndirən geniş miqyaslı xeyirxah əməllərindən söz açdılar.

Tədbirin sonunda şair və messanat Gülağa Tənha çıxış edərək  yazarları bir qədər gec olsa da, Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı və qeyd etdi ki, belə tədbirlər davamlı olacaq.

Faiq Hüseynzadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10