Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO




Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO


Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.

Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək, köynəyi cırılmış halda onu Hacı Mazan və ətrafındakı şəxslərin döydüyünü bildirib. Vətəndaş iddia edib ki, iş adamı və onun ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər. Eləcə də evindəki əşyaları dağıdıblar. Bundan başqa şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn Xəzər televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı Hacı Mazan mikrofonu müxbirin əlindən dartaraq alır. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışır.



Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:



"Paytaxtın Binəqədi rayonu Rəsulzadı qəsəbəsi Musabəyov 4c ünvanında "iNAM BAYRAM-M" MTK-ya məxsus binada yaşayıram. Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün Hacı Mazan və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var. Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm. Bundan sonra tibbi-ekspert komissiyasına müraciət edəcəm ki, xəsarətlərimlə bağlı rəy alım. Məndən əlavə televiziya işçilərinə də hücum olundu. DİN-nın 102 xidmətinə də məlumat vermişəm. Ümid edirəm təqsirkarlar cəzalanacaq."


cenub.az'dan: Qarşı tərəfin də fikri olarsa ona da yer ayırmağa hazırıq.


Yazı Musavat.com, Unikal.org saytlarına istinadən paylaşılır.















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10