Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının icra başçısı vəzifəsindən azad edildi, yerinə general-mayor rütbəli başçı təyin edilib.


Cenub.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncam əsasında Masallı rayon icra hakimi Şahin Məmmədov vəzifəsindən azad edilib, yerinə Araz Əhmədov təyin edilib.

Qeyd edək ki, yeni təyin olunmuş başçı Araz Süleyman oğlu Əhmədov 1963-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Biləv kəndində anadan olub. O, uşaq yaşlarında hər iki valideynlərini itirib və internat məktəbində təhsil alıb. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.

Bir vaxtlar xüsusi xidmət orqanının Masallı rayon şöbəsində çalışmış Araz Əhmədovun son iş yeri Dövlət Təhlükəsizlik Xidmətində idarə rəisi vəzifəsi olub. 

General-mayor Araz Əhmədov Qarabağ müharibəsi veteranıdır.


Prezidentin sərəncamlarını oxuyucularımıza təqdim edirik:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:                                   

Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2022-ci il


Növbəti sərəncamla yeni başçı təyin edilib:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:                                   

Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2022-ci il 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10