İtalyan supermodel Silvia Valerio yenidən İranın eks-prezidenti Mahmud Əhmədinejada evlənmə təklif edib.
Cenub.az "Rokna"ya istinadla xəbər verir ki, ilk dəfə bu təklif 2011-cu ildə səslənmişdi.
Hazırda 31 yaşı olan Silvia “Biri vardı, biri yoxudu, bir prezident vardı” kitabının müəllifidir. O, kitabı İranın sabiq prezidenti Mahmud Əhmədinejada həsr edib və onu yeganə ləyaqətli şəxs hesab edib: "Əhmədinejad hər cür dəbdən, boşboğazlıqdan və eqoizmdən minlərlə kilometr uzaqdadır".
Yeri gəlmişkən, “Mən İran İslam Respublikasının prezidenti Əhmədinejadla evlənmək istəyirəm”, - deyən modelin 81 səhifəlik kitabı İtaliyanın bütün mağazalarında 9 avroya satılır.