"Monitorinq əsasında işi aparan prokurorluq, regional təhsil idarəsi ilə görüşdük".
Bu sözləri açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki. direktor qorxduğu üçün məktəblini qorumayıb:
"Uşaq da anası ilə birlikdə bizim yanımızda idi, izahatları alındı. Uşağın vəziyyəti depessiv olaraq qiymətləndirildi. Uşağı yəqin ki bu mərhələdən iki gün sonra reablitasiyaya götürəcəyik. Biz 4 saylı Lənkəran rayon məktəbinin direktoru ilə də görüşdük. Çox təəssüf edirəm ki, Yeganə xanım o hadisənin iştirakçısı olub, uşağı bu şiddətdən qorumayıb. Dediyinə görə, qorxduğu üçün qorumayıb. İcra başçısının keçmiş müavini Rasilə Əliyevanın rayonda vəzifəliləri qorxu içində saxladığı üçün özünü itirib. Kaş direktor qoyardı zərbələr ona dəysin, amma uşağı qoruyardı."
13:40
Xəbər verdiyimiz kimi, Lənkəran İcra başçısının müavini və 4 saylı məktəbin direktoru məktəblini döyüblər. Bundan sonra isə fakt öz təsdiqini tapıb və icra başçısının müavini işdə çıxarılıb.
Hazırda isə bir neçə təşkilatın iştirakı ilə məsələ ilə monitorinqlərə başlanılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, artıq görüşləri başlayıb:
“Məktəblinin döyülməsi ilə bağlı Lənkəranda monitorinqdəyik. Bir neçə təşkilatla birlikdə gəlmişik. Daxili İşlər Nazirliyi yanında ictimai şuranın üzvi, Təhsil Nazirliyi yanında ictimai şuranın üzvi Günel Səfərova, İslahatçı Qadınlar və İnnovasiayalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova burdadır. Biz hazırda uşaq, anası və məktəb direktoru ilə görüşlərə başlamışıq”.
Qeyd edək ki, məktəbli qızın oxuduğu məktəbin, yəni Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın gözü qarşısında döyüldüyü idda olunur. Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə araşdırma aparıldığı qeyd olunmuşdu.
Monitorinqin nəticəsi barədə gün sonuna qədər məlumat veriləcək.../lent.az