Cenub.az xəbər verir ki, 18.07.2022-ci il tarixində "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin rəhbəri, masallılı Fikrət Cəfərli ölkədə səfərdə olan Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhartın Vətəndaş Cəmiyyəti institutları ilə təşkil etdiyi görüşdə iştirak edib.
Çox səmərəli və işgüzar şəraitdə keçən görüşdə ölkədə insan hüquqları və əsas azadlıqlarının vəziyyəti, Tərtər işi, siyasi məhbuslar, Almaniyadan deport olunmuş keçmiş siyasi mühacirlərin həbs edilməsi, sərbəst toplaşma və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.