Cenub.az-a Lənkəran Şəhər İcra hakimiyyətindəki bir neçə mənbədən daxil olan məlumata görə, 9-cu sinif şagirdini döyməkdə şübhəli bilinən Lənkəran Şəhər İcra hakimiyyəti Başçısının İctimai-Siyasi və humanitar məsələlər üzrə müavini Rəsliə Əliyeva bu gün nahardan sonra daşıdığı vəzifədən azad edilib.
R. Əliyevanın digər məsul vəzifəyə göndəriləcəyi haqqında söhbətlər dolaşsa da, prokurorluğun araşdırmasının nəticəsindən asılı olaraq onu sərt cəzalar da gözləyə bilər.
Lənkəranda əsas söz sahibi olan Rəsilə xanımı “Əjdahalar” yıxa bilməsə də, bir 9-cu sinif şagirdi “yıxa” bildi. 40 ilə yaxın Lənkəran şəhər 4 saylı tam orta məktəbinin direktoru Yeganə xanımın da başı üstündən qara buludlar çəkilməyib.
Cenub.az