"Mənəvi cəhətdən yorulmuşuq, evlərimizə dönmək istəyirik..."
"Mənim qızım dünyaya gəlib, hələ indiyədək üzünü görməmişəm..."
Rusiya ordusunda etirazçılar necə "islah edilir"...
Rusiya ordusunun 11-ci əlahiddə desant-hücüm briqadasının 10 əsgərini qarajda saxlayır, gündə bir dəfə yemək verir və istintaq təcridxanasına göndəriləcəkləri ilə təhdid edirlər, çünki onlar Ukraynaya qarşı döyüşməkdən imtina edib.
Bu barədə "İndiki zaman" nəşrinin jurnalistləri ilə söhbətində yefreytor İlya Kaminski öz fikirlərini bölüşüb.
Kaminski deyib ki, Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərindən olan 78 nəfər müqavilələrinə xitam vermək və təxris olunmaqları barədə raport yazmaq qərarına gəlib.
Lakin komandanlıqla söhbətdən sonra onlardan təxminən 50 nəfəri tərxis olunmaq fikrindən vaz keçib.
"Deyirlər ki, haradasa, Luqansk yaxınlığında istintaq təcridxanasına gedəcəyik. Bu, 1 saylı istintaq təcridxanasının bazasında olan hansısa mərkəzdir. Xerson və Dnepropetrovsk vilayətləri üzrə hərbi-istintaq şöbəsindən adamlar gəlib, bizim qarşıya qoyulan vəzifələri icra etməyə hazır olmağımız barədə izahat yazmağa məcbur edirdilər. Bizim raportlarımızı cırırdılar, qəbul etmirdilər, yenidən yazmağa məcbur edirdilər...
Mən öz adımdan danışacağam, mən təxminən 20 raport yazmışam. Onların birinə də baxılmayıb", - yefreytor danışıb.
Kaminskinin sözlərinə görə, indi o, komandirin hədələrindən qorxmur və evə dönməkdə israrlıdır.
"Mənəvi cəhətdən yorulmuşam. Rəhbərliyə və yuxarı komandanlığa qətiyyən heç bir inamım qalmayıb, tamamilə inamım yoxdur. Çünki olnar hər şeyi görməzdən gəlir. Onlar dəridən-qabıqdan çıxıb, hansısa tələblər və xahişlər edərkən, adamlar onlara "Yox!" deyib. Sonra müxtəlif təkliflər verməyə başlayıblar. Yorulmuşuq. Evə getmək istəyirik. Mənim qızım dünyaya gəlib. Hələ indiyədək onu görməmişəm. İlk raportumu aprelin sonunda yazmışam, ona baxmadılar, imzalamadılar, görməzdən gəldilər. Daha sonra mən artıq may ayından imtina haqqında raportlar yazmağa başladım, çünki çoxsaylı vədlər verilib, səhər yeməyi, başqa yeməklər veriləcək və s.", - Kaminski şikayət edib.
Onun sözlərinə görə, döyüşdən imtina edənlər qruplaya bölünüb. Bir qrupda 8 nəfər olub, naməlum istiqamətə aparılıb. 11-ci briqadanın komandir müavini, polkovnik-leytenant Aqafonov deyib ki, əsgərlər Luqanskın komendaturasındadır. Orada rusiyalıları "islah edib", bundan sonra onlar cəbhədə qalmaq qərarı verib.
"Bu 8 nəfər artıq ürəkdən sıraya dönmək istəyir. Çox güclü istəkləri var. Bütün günü zəng vururlar. Onlar əllərində pulemyot motosikletdə belə getməyə hazırdır".
Nəşrin yazdığına görə, 11-ci desant-hücum briqadasanın əsgərləri, komandanlığın təzyiqlərinə baxmayaraq, üzdəniraq "xüsusi əməliyyat"da iştirak etməkdən imtina edir, öz yerlərini demir, amma Ukrayna ərazisindədir.
Onların sözlərinə görə, "xüsusi əməliyyat" başlanandan bu bölmə öz tərkibinin yarısını itirib, amma yenilərilə komplektləşdirilib.