Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İslam qanunları ilə istirahət: halal və qazanclı


Azərbaycanda halal turizmi inkişaf etdirmək lazımdırmı?

Dünyada müsəlmanların sayı ildən-ilə artır, ona görə də halal turizm bazarının dinamik inkişaf etməsi təəccüblü deyil. 2022-ci il üçün “MasterCard-CrescentRating” Qlobal Müsəlman Səyahət İndeksinə (GMTI) görə, Malayziya ilin müsəlmanlar üçün ən yaxşı istiqamətləri siyahısında birinci yerini qoruyub. Bu ölkə 2015-ci ildə indeksin istifadəyə verilməsindən sonra birinci yeri tutub.

Türkiyə, Səudiyyə Ərəbistanı və İndoneziya birlikdə bu il ikinci olub. GMTI müsəlman turizm bazarının ümumi performansını izləyir. Amma bəzi başqa ölkələr də bu bazardan müəyyən pay almaq istəyir.

Azərbaycan ərəb turistlər üçün ən populyar istiqamətlərdən birinə çevrilib. Koronavirus pandemiyası belə səfərləri dondurdu, lakin indi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və digər ərəb ölkələrindən gələn səyahətçilər bizə qayıdırlar.

Respublikaya müsəlman ölkələrindən çoxlu qonaqlar gəldiyi üçün Azərbaycanda halal turizm inkişaf etdiriləcək. Yerli KİV-lər məlumat verir ki,  bunu bu günlərdə Dövlət Turizm Agentliyi (DTA) rəhbərinin müşaviri Kənan Quluzadə deyib: “Pandemiyadan əvvəl ölkəyə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən üç milyon turist gəlib. Ona görə də halal turizmin təmin edilməsinə ehtiyac var”.

Halal turizm İslam qanunlarına uyğun istirahətdir - kişilər və qadınlar üçün ayrı-ayrı çimərliklər və hovuzlar, otellərdə spirtli içkilərin olmaması, halal yeməklər, ibadət otaqları və s.

Ölkəmizdə turizmin müxtəlif sahələri inkişaf etdirilir, bəs halal turizmin perspektivləri necədir? Bəzi ekspertlər hesab edirlər ki, bu istiqamət həqiqətən də inkişaf etdirilməlidir və bu, ölkəyə xeyli gəlir gətirəcək. Digərləri əmindirlər ki, bu istiqamətdə xüsusi iş tələb olunmur.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyev AYNA-ya açıqlamasında deyib ki, turistlərin sayı daha çox olan Türkiyədə belə, İslamın bütün prinsiplərinə riayət edən otellər olsa da, onların sayı azdır: “Bəzi ölkələrdə ərəb turistlərin halal qida tapmaqda problemləri var. Belə ki, keçən il mən bunu Ukraynada, orada ezamiyyətdə olarkən gördüm. Lvovda belə yeməklər sifariş edə biləcəyiniz restoranlar az idi. Amma bu, kiçik bir problem idi, onlar tez öz yerlərini tutdular”.

“Azərbaycanda halal qida ilə bağlı nə restoranlarda, nə də mağazalarda problem var, buna bir çox yerlərdə rast gəlmək olar. Ona görə də halal turizm üçün xüsusi olaraq nəyisə yenidən qurmağa ehtiyac yoxdur. Azərbaycanda vətəndaşların əksəriyyəti İslam dininə etiqad edir, burada məscidlər çoxdur, ona görə də ərəb ölkələrindən gələn turistlər burada özlərini rahat hiss edirlər”, - deyə həmsöhbətimiz bildirib.

Hacıyevin sözlərinə görə, Azərbaycan ərəb turistləri yaşıllıqları, gözəl binaları ilə cəlb edir və ümumiyyətlə, yeniliklər həmişə maraqlı olur: “Buranın təhlükəsiz olması da onlar üçün vacibdir. Digər məqam isə odur ki, ərəb ölkələrindən Azərbaycana reyslərin sayı artıb, ona görə də bu ölkələrdən gələn turistlərin buraya gəlməsi rahatdır”.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayevin AYNA-ya şərhinə görə, bu istiqamətdə hərəkət etmək istəyən sahibkarlara, deyək ki, spirtli içki satışı olmayan mağaza və ya restoran açmağa, bu turist qrupunun ehtiyaclarına, tələblərinə cavab verən otellər yaratmağa heç kim mane olmur: “Ancaq eyni zamanda, bütün tələb olunan standartlara uyğunluğa nail olmaq üçün onlarla məsələni, o cümlədən müvafiq kadrların tapılmasını həll etməli olacaqlar. Çox adam buna getməyəcək”.

“Cənub rayonlarında belə yerlər daha çoxdur. Belə ki, Lənkəranda müxtəlif kateqoriyalı istirahətçilər üçün bir neçə zonaya bölünmüş çimərlik gördüm. Ölkənin müxtəlif yerlərində ibadət otaqları olan obyektlər var, spirtli içkilər olmayan müəssisələr var. Beləliklə, istəsəniz, uyğun bir seçim tapa bilərsiniz”, - deyə müsahibimiz söyləyib.

O, ərəb turistlərin bir qismini itirdiyinimizi də qeyd edib: “Onlar burada görmək istədikləri münasibətlə heç də həmişə rastlaşmadıqları üçün Gürcüstana səyahətə başladılar. İndi bizdə yenə də çoxlu ərəb turistlər var, əsasən ailələr gəlir”.

“Onları Azərbaycana cəlb edən nədir? Birincisi, temperatur rejimi, onlar üçün 30 dərəcə əsl sərinlikdir. İqlimimizi, parklarımızı, meşələrimizi, dənizimizi, dadlı yeməklərimizi bəyənirlər. Ümumiyyətlə, onların istirahətə olan ehtiyaclarını ödəmək asandır. Onu da xatırlamalıyıq ki, müxtəlif ölkələrdə yaşayan ərəblər bir-birilərndən fərqlənirlər. Onları bir məxrəcə sığdırmaq mümkün deyil”, - deyə Ağayev vurğulayıb.

Müəllif: Elya Belskaya






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]