"Putini nəinki toya dəvət etmək, onunla hətta adi işvə-naz belə qəbuledilməzdır..."
Putinlə rəqs edən avstriyalı qadın nazir ölkədən qaçıb...
Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl divan tutulacağı təhlükəsi səbəbindən ölkəni tərk edib.
Bu barədə "Vaşinqton post" qəzeti yazıb.
Nəşrin yazdığına görə, Knaysl bunu jurnalistlərdən birinə danışıb.
"Reportyorlara ünvanladığı məlumatlarda Knaysl bəyan edib ki, o, qətl təhlükəsi ucbatından Avstriyadan mühacirət edib", - materialda belə deyilir.
Knaysl 2017-ci ildə Avstriyanın xarici işlər naziri postuna təyin edilib.
2018-ci ilin avqustunda öz toyunda Rusiya prezidenti Vladimir Putinlə rəqs edib.
Nikah mərasimi ərəfəsində Avropa Parlamentinin Yaşıllar Partiyasından olan deputat Mişel Raymon qadın nazirə istefaya getməyi çağırış edib.
O, Kreml rəhbərini "Avropa İttifaqının ən aqressiv xarici siyasət rəqibi" adlandırıb.
"Bu fonda Putini nəinki toya dəvət etmək, onunla hətta adi işvə-naz belə qəbuledilməzdir", - Raymon bəyan edib.
2019-cu ilin iyun ayının 3-də kansler Sebastyan Kurtsun istefasından sonra Knaysl Avstriyanın yeni hökumətində heç bir təyinat almayıb.
Bir il sonra o, "Rosneft" direktorlar şurasının tərkibinə daxil olub.
Mayın 23-də Almaniyanın sabiq kansleri Qerhard Şrederin və "Şimal axını-2"nın Almaniyada əsas dəstəkçisi Mattias Varniqinin ardınca Rusiyanın dövlət korporasiyası direktorlar şurasını tərk edib.
Bu, Avropa Parlamentinin "Rusiya ilə çox sıx əlarələri olan" Avropa siyasətçilərinin Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilməsi çağırışlarından sonra baş verib./moderator.az