"Hitlerin şəxsi həkimi qeyri-peşəkar olub..."
"Hitlerin müalicəsində cavan cöngələrin sperması və mədəaltı vəzin sekretindən hazırlanan cövhərdən istifadə edilib"
"Qəbul etdiyi dərmanların tərkibində narkotik maddələrin olması sonucda fürerdə narkotiklərə asılılıq yaradıb"
Alman alimi Hitlerin xəstəlikləri və müaicəsi barədə danışıb
Alman diktatoru Adolf Hitler bir sıra xəstəliklərdən əziyyət çəkib. Bunların sırasında meteorizm (qarnın köpməsi), baş ağrıları, mədə spazmları, qəbizlik, diareya (duru ishal) və narkotiklərdən asılılığı göstərmək olar.
Bu barədə "The Grunge" jurnalı yazıb.
Hitlerin tibbi sənədləri ilə işləyən alman həkimi Ernst Hünter Şenkin sözlərinə görə, ağrılı vəziyyət nasist Almaniyası liderinin vegeterian olmasının səbəblərindən biri olub.
O, qida rasionundan əti, yağlı yeməyi və südü çıxarıb, bunun əvəzinə tərəvəz və taxıl məhsullarından istifadə edib.
Lakin onun xəstəlikləri nasist ordunun cəbhədəki məğlubiyyətlətini artması onu stres vəziyyətinə saldığından daha da kəskinləşib.
Hitlerin sərəncamında çoxsaylı tibbi mütəxəssislərin olmasına rəğmən, o, müalicə həkimi olaraq doktor Tomas Moreli seçib. O zamanlar Morel ali cəmiyyətdən olan müştərilər üçün dəbdə olan mütəxəssis olub. Lakin, nəşrin yazdığına görə, həkim kimi o, yumşaq desək, qeyri-peşəkar olub.
Məsələn, Morel fürerə çox vaxt çoxsaylı xəstəliklərin törətdiyi ağrılarda qəribə müalicə metodları-testosteron inyeksiyaları, cavan cöngələrin sperması və prostat vəzin sekretindən hazırlanan çövhəri məsləhət görüb.
Amma meteorizmi və həzmlə bağlı problemləri Morel tərkibində parçalanmış bağırsaq çöpü ştamları olan kapsullar və qaz əmələ gəlməsinə qarşı xüsusi həblərlə müalicə edib.
Bu müalicə metodları qısa müddətdə təsir edib, lakin qaz əmələ gəlməsinə qarşı həblərin tərkibində toksiki alkaloid olan strixnin alman diktatorunun qara ciyəri və mədəsinin zədələnməsinə gətirib çıxarıb.
Bundan başqa, Morelin yazdığı dərman preparatlarının tərkibində narkotik maddələr olub. Bu, Hitlerin narkotiklərə aludə olmasına gətirib çıxarıb.
Nasist diktator tərkibində narkotik olan iynələri getdikcə daha tez-tez vurub və bu, ona dərhal enerji verib. O, belə preparatlardan ictimaiyyət qarşısında çıxışlarından öncə istifadə edib ki, özünün parlaq, fəal və döyüşkən obrazını yarada bilsin.
İkinci dünya savaşının gedişi Hitlerə qarşı çevriləndə, o, belə inyeksiyaların sayını daha da artırıb. Diktatorun narkotiklərə davamlılığı artıb, ona görə də Morel onların dozasını artırmağa məcbur olub.
Ekspertlərin fikrinə görə, Hitlerin inyeksiyalardan gümrah olması və onlara qarşı davamlılığı bunu deməyə əsas verir ki, o, amfetamin qəbul edib.
Fürerin əziyyət çəkdiyi və tibb aləmində "qıcıqlanmış bağırsaq sindromu" (QBS) deyilən termindən bir sıra həzm əlamətlərinin təsviri üçün istifadə edilir.
"Healthline" nəşrinin məlumatına görə, QBS çox vaxt ayrıca xəstəlik hesab edilsə də, həzmlə bağlı problemlərin geniş spektrini əhatə edir. Əlamətlərin konkret səbəbi tapılanadək pasientlərə QBS diaqnozu qoyulur.
Hitlerin timsalında QBS diaqnozu kolitlə bağlı olub. Kolit bağırsağın iltihabi xəstəliyidir, yoğun bağırsaqda ödem və xoralar yarada bilər. Bu əlamətlərin bəzilərinə qarında ağrılar, spazmlar, diareya, yorğunluq, üşütmə və başqaları daxildir. Bu əlamətlər doktor Şenkin Hitler haqqında yazdıqları ilə üst-üstə düşür və diktatorun nəzarət edilə bilməyən meteorizmini izah edir.
"Əgər Hitler hətta özünün həddən artıq problemlərinə nəzarət edə bilsəydi belə, siz onunla şam etmək istəməzdiniz. Hitlerlə tez-tez nahar edən alman zabiti onun xoşagəlməz vərdişlərini təsvir edib. Zabitin sözlərinə görə, Hitler yeməyi tez yeyib, onu o qədər də çeynəməyib, dırnaqlarını çeynəyib, burnunu qurdalayıb və masa arxasında davranışı heyrət doğurub./moderator.az