Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Məişət zorakılığına qarşı ictimaiyyət arasında profilaktik tədbirlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5000 (beş min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində gənc jurnalistləri və digər ictimai fəal gəncləri təlimatlandırmaq və onların vasitəsilə ictimaiyyətin geniş maarifləndirilməsini və məlumatlandırılmasını həyata keçirtməkdir.
Layihənin müddəti 3 ay olmaqla, 01 iyul – 01 oktyabr 2018-ci il tarixlərini əhatə edəcəkdir.
Layihə çərçivəsində ölkə üzrə seçilən 18-35 yaş arası 25 nəfər gənc üçün məişət zorakılığı və onun formaları ilə mübarizə mövzusunda Lənkəranda yerləşən AB Qala otelində 10-12 avqust tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir.
Təlim kurslarında iştirak edən gənclərə sertifikatlar veriləcəkdir.
Məlumat üçün bildirək ki, təlimdə iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (Sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 31 iyul 2018-ci il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:
[email protected]
Əlavə edək ki, 3 günlük təlim kursu zamanı bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.
MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi
Əlaqə vasitələri:
(0 50) 381 62 43, [email protected], İlkin Muradov
Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200,
İnternet səhifəsi: www.epsaya.az, E-mail: [email protected]