Bir çox xəstəliklər düzgün qidalanmamaq nəticəsində yaranır. Onlardan ən mühümü şəkərli diabetdir, buna da qlyutein və karbohidratlarla zəngin olan qida rasionu səbəb olur.
Bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.
İlkin mərhələdə aşkar edilən şəkərli diabetin inkişafının qarşısını almaq, hətta bu xəstəlikdən tamamilə xilas olmaq üçün ilk növbədə qida vərdişlərinə yenidən baxmaq lazımdır.
Bununla əlaqədar olaraq qanda şəkərin miqdarına nəzarət etməyə kömək edən ədviyyatlar az rol oynamır.
Şəkərli diabetdə faydalı olan ədviyyatlar hansılardır?
Faydalı və dadlı ədviyyatlar bir çox əsrlər boyunca istifadə edilir. Tərkibində dünyada ən güclü antioksidantlar olan ədviyyatlar hüceyrələri qoruyur və zədələnmələrdən sonra onları bərpa edir.
Darçın
Darçın insulinə rezistentliyin qarşısını almağa kömək edir, şəkərin, o cümlədən meyvələrdən istifadə etdikdə, qana daxil olmasına mane olur, onu enerjiyə çevirir. Qanda şəkərin miqdarını azaldaraq, ürəyin və damarların sağlamlığına kömək edir.
Zəncəfil
Şəkərli diabetin inkişafının qarşısını alan daha bir ədviyyat zəncəfildir. Qış aylarında bu məhsuldan soyuqdəymədən qorunmaq üçün tez-tez istifadə edilir, bu zaman immun sisteminin möhkəmlənməsi ilə yanaşı, qanda şəkərin miqdarı azalır. Zəncəfildən müntəzəm istifadə etdikdə, bu göstəricilərin aşağı düşməsinə nail olmaq olar.
Zirə
Şəkərli diabet xəstələri istənilən yemək zamanı zirəni sərbəst əlavə edə bilər. Bu ədviyyat qısa müddətdə qanda şəkərin miqdarını azaldır və diabetin inkişafına mane olur. Zirə özünün antioksidant xüsusiyyətlərinə görə qlükozanı enerjiyə çevirir və diabetdən canlı qalxan rolunu oynayır.
Sarıkök
Son illər sarıkök daha da populyarlaşıb. O, hər bir yeməyə təkcə xüsusi ətir vermir, həm də qanda şəkərin miqdarını azaldır və onu norma daxilində saxlayır. Əsas yeməklərə əlavə etməklə bərabər, sarıkökü yoqurt və ya süd ilə də istifadə etmək mümkündür.