Dünyada kaset və eşq məcaraları vasitəsilə xarici qonaqları, diplomat və hərbçiləri tələyə salma sovet dövründə KQB-nin ən hiyləgər üsullarından hesab olunur. Yüzlərlə əcnəbi məhz bu hiylələr sayəsində KQB tərəfindən ələ keçirilib və casusluğa cəlb olunub.
Ötən əsrdə KQB-nin bu üsulla tələyə saldığı bir neçə məxfi əməliyyatın qısa xülasəsini təqdim edirik.
1980-ci illərin ortalarında dəniz zabiti Kleyton Lointri ABŞ-ın Moskvadakı səfirliyində mühafizəçi işləyib. Bütün səfirlik işçiləri kimi Lointriyə də sovet qadınları ilə yaxın münasibətdə olmaq qadağan edilib. Lakin KQB-nin qadın agenti Violetta Seyna gənc amerikalı zabiti ələ keçirə bilib. İkitərəfli münasibətlər başlayandan sonra amerikalı zabit sovet kəşfiyyatının "qucağına" düşüb.
KQB Lointrini şantaj edəndə zabit bunun müqabilində səfirliyin bütün gizli planlarını KQB-yə ötürməli olub. Ən əsası isə bu münasibət nəticəsində SSRİ ərazisindəki amerikalı casusların siyahısı KQB-nin əlinə keçib. “Soyuq müharibə”nin son illərində bu, KQB-nin ən uğurlu əməliyyatı kimi tarixə düşüb. KQB-nin belə tələsinə düşənlər arasında Kanadanın Moskvadakı səfirliyinin əməkdaşı Roy Guindon da var.
1959-cu ildə KQB Quindonun qadınlara olan sevgisini görəndə hərəkətə keçib. Kanadalı diplomatla əvvəlcə DTK zabiti Larisa Dubanova görüşüb. Sonradan ikisi arasında böyük sevgi yaranıb. Bir neçə ay sonra Larisa hamilə olduğunu bildirib və kanadalı diplomatı əlinə alıb. Sevgilisinin hədələrindən ilişib qalan kanadalı diplomat KQB ilə əməkdaşlığa "yaşıl işıq" yandırıb. Bir neçə il sonra Kanada kəşfiyyatı Guindonun casusluq etdiyini üzə çıxararaq onu fəaliyyətindən uzaqlaşdırıb.
KQB bu yolla Fransanın Moskvadakı səfirini tələyə salmağı bacarıb. 1955-ci ildə Fransanın Moskvadakı səfiri Moris Deyan rus rəssamı Larisa Kronberq-Sobolevskaya ilə görüşür. Əslində, Sobolevskaya rəssam kimi tanınsa da, yaxşı KQB agenti idi. İkisi arasındakı yaxın münasibət get-gedə inkişaf edir. Sonradan planlaşdırılan uydurma səhnəyə görə, Moris və Larisa evdə olarkən, mənzildə xanımın “qısqanc əri” adlanan şəxs oturur. KQB agenti olan “ər” Fransa səfirini yaxşıca döyür və məhkəmə ilə hədələyir. Qısqanc ər daha sonra qalmaqal yaratmamaq üçün səfirə KQB ilə əməkdaşlıq etməyi təklif edir.
Hadisədən xəbərdar olan Fransanın dövrün prezidenti, general de Qoll səfiri danlayıb və səfirə deyib: Moris vəzifədə olanda sən işləmək əvəzinə hamını yatağa aparırsan?”. Amma KQB-nin yatağına sarışın agentlər salıb əməliyyatı uğurla başa çatdırsa da, uğursuzluğa düçar olma hadisələri də olub. Məsələn, İndoneziya prezidenti Əhməd Sukarno 1960-cı illərin əvvəllərində Moskvaya səfəri zamanı oteldə Sukarno üçün xüsusi otaq hazırlanıb. Tələ üçün otaqda onu gözləyən sarışın KQB agentləri məqsədlərinə çatırlar. Ertəsi gün otaqdakı görüntülər İndoneziya liderinə verilir. Sakitcə hadisəyə yaxınlaşan Sukarno heç bir reaksiya vermədən KQB rəsmilərindən görüntülərin bir neçə nüsxəsini istəyir. İndoneziya lideri KQB rəsmilərinə deyir ki, bu görüntüləri İndoneziya kinoteatrlarında nümayiş etdirmək niyyətindədir və əmindir ki, buna görə, xalqı onu müdafiə edəcək. Bundan sonra KQB dövlət başçısından əl çəkir. /Teleqraf.com