Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

AŞ PA Azərbaycanla bağlı yeni məruzə hazırlayacaq - JURNALİSTLƏRİN VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN DURUMUNDAN NARAHATLIQ VAR


Avropa Şurası Parlament Assambleyası “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” mövzusunda məruzə hazırlamaq qərarına gəlib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” adlı hesabat hazırlamaq barədə qərar qəbul edib.


AŞPA-nın saytında dərc edilən qərarında qeyd edilir ki, məsləhət xarakterli hesabatın hazırlanması AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinə tapşırılıb.
Büronun qərarında, həmçinin qeyd olunub ki, Mədəniyyət, elm, təhsil və media Komitəsinə də bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb.
https://assembly.coe.int/committee/BUR/2022/BUR011E.pdf

Xatırladaq ki, mayın əvvəlində AŞPA-nın bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış edib.
Belçikalı deputat Kristof Lakroixin təşəbbüsünü AŞPA-nın 24 ölkədən daha 37 üzvü dəstəkləyib.
Deputatlar xüsusi olaraq fevralın 22-də jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (təxəllüs Əvəz Hafizli) evində qətlə yetirilməsi, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanması, Azərbaycanda və xaricdə araşdırmaçı jurnalistlərin hədələnməsinə istinad ediblər.
https://pace.coe.int/pdf/042fbfe6011e3d6227a66192d3e259ddca61e2362b941ee9c1b8963d61eef1ac/doc.%2015521.pdf
AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin iki aydan sonra məruzəçi təyin edəcəyi və ona iki il müddətinə müvafiq mandat verəcəyi gözlənilir.
Məruzəçi 2024-cü ilə qədər ölkə daxilində tənqidi səslərə və mühacirətdə fəaliyyətini davam etdirənlərə qarşı təhdidlər barədə məruzə hazırlayacaq.
Geniş məruzə üzərində işlədiyi müddətdə məruzəçi,  həmçinin jurnalistlərə, blogerlərə və hüquq müdafiəçilərinə qarşı təzyiq və təhdid faktlarına operativ reaksiya verə, Azərbaycana qiymətləndirmə missiyaları həyata keçirə, dövlət orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirə, həbsdə olan jurnalistlərə və blogerlərə baş çəkə bilər. 

Günay Təhməzova

Gununsesi.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10