Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlılı mütəxəssis Gömrük Komitəsinin sədr müavini təyin edildi


Azərbayacan Respublikası Prezidenti cənab İlham Əliyevin son Sərəncamı ilə həmyerlimiz Babayev İqbal Alıcan oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib.

İqbal Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirmişdir. 1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri almışdır.
1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim;
1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent; 1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri;
2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru;
2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini;
2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyir.

Avropa, Amerika və Asiyanın 60-a yaxın ölkələrində elmi seminarlarda və konfranslarda iştirak etmiş və elmi məruzələri ilə çıxış etmişdir. Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən Professor elmi adı verilmişdir.
BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvüdür və MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri şurasının İnformasiya Texnologiyaları üzrə işçi qrupunun rəhbəri təyin edilmişdir. Asiya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və digər beynəlxalq təşkilatların eksperti kimi Özbəkistan, Tacikistan, Kazaxstan və Qırğızstan ölkələrində gömrük sahəsinin modernləşdirilməsi və innovasiya texnologiyalarının tətbiqi istiqamətində layihələr həyata keçirmişdir. 7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinun ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilmişdir.

"Azərbaycanın tanınmış alimi" (Famous scientists of Azerbaijan), beynəlxalq diplomuna, Rusiya Federasiyasının Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun "2006-cı ilin ən yaxşı elmi işi" diplomuna layiq görülmüşdür.
Azərbaycan Republikasının Prezidentinin Sərəncamları ilə "Vətənə xidmətə görə" 3-cü və 2-ci dərəcəli ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı, Rusiya Federal Gömrük Xidmətinin «За укрепление таможенного сотрудничества» medalı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin bir sıra medal və döş nişanları ilə təltif olunmuşdur. 2010-cu ildə "İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" Milli İnternet Mükafatının qalibi elan olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişad Peoqramları baş idarəsinin rəisi, Gömrük xidməti General-mayoru, texnika elmlər doktoru, professordur.

İngilis və rus dillərini bilir.

Həmyerlimiz İqbal Babayevin uğuruna sevinir və onu bu münasibətlə təbrik edir, xidmətdə uğurlar arzulayırıq! Arzu edirik ki, daha yüksək postlardan sorağı gəlsin!












Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10