Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Xəzər donanması Ukraynaya qarşı döyüşdən imtina etdi..."-"Xalq üsyana hazırlaşır..."


"800 Rusiya hərbçisi mənəvi və psixoloji vəziyyətin ağır olması səbəbindən döyüşlərdə iştirakdan imtina edib..."

Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiya işğalçı hərbçisinin anasına onun döyüşdüyü hərbi hissədə bir çox hərbçinin ordunu tərk etmək istəməsi haqda telefon danışığını tutub.
 
Bu barədə Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
 
Oğul anasına deyir ki, bu yaxınlarda ordudan istefa ərizəsi yazıb. Onun bölməsindəki digər hərbçiləri tərəfindən də ərizələr yazılıb və yüksək rütbəli zabitə verilib.
 
"Bir polkan var (polkovnik, - red.). Qarşısında bir yığın sənəd var. Bircə onu deyə bilərəm - bu, dəqiqdir. Hamı praktiki olaraq imtina yazıb. Dünən dedilər ki, ordu qərargahına veriləcək. Ondan sonra nəticəni biləcəyik”- deyə Rusiya hərbçisi bildirir.
 
Cavabında ana teleqram-kanallardan birində 800 Rusiya hərbçisinin mənəvi və psixoloji vəziyyətin ağır olması səbəbindən döyüşlərdə iştirakdan imtina etməsi xəbərini oxuduğu barədə danışır. Ana Müdafiə Nazirliyinin saytına da müraciət yazdığını deyir. Lakin cavab gəlməsə, hərbi prokurorluğa müraciət edəcəyini və vəkil axtaracağını söyləyir.
 
Amma işğalçı anasından vəkil tutmamasını xahiş edir. Çünki "hər şeyi indi özümüz həll edəcəyik. Xalq artıq üsyan edir. Əmri yerinə yetirməkdən imtina edirlər"- deyə vurğulayır.
 
Əlavə təfərrüatlar:
 
"Rusiyanın Xəzər donanmasının dənizçiləri döyüş tapşırıqlarını yerinə yetirməkdən imtina edirlər. Səbəb gəmilərin qəzalı vəziyyətə düşməsidir. İşğalçılar gizli şəkildə Vladimir Putin və Sergey Şoyquya kollektiv müraciətlər yazıblar.
 
Radio-tutmalardan birində Rusiya hərbçiləri komandanlığın onu xərclik material hesab etməsindən şikayətlənib.
 
Qərb Hərbi Dairəsinin 20-ci ümumqoşun ordusunun 3-cü motoatıcı diviziyasının müxtəlif səviyyəli komandirləri döyüş əməliyyatlarında iştirakdan imtina edirlər. Bundan başqa, hərbi qulluqçular kütləvi şəkildə istefa ərizələri yazır. Cənub Hərbi Dairəsinin 58-ci birləşmiş ordusunun 4-cü hərbi bazasının 2-ci tabor taktiki qruplarının şəxsi heyəti Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtina edib.
 
Ukraynaya rotasiya ilə göndərilməsi planlaşdırılan Rusiya silahlı qüvvələrinin bölmələri bu cür əmrləri yerinə yetirməkdən imtina edir.
 
Bir müddət əvvəl uniformalı rusiyalı cinayətkarlarının valideynləri daha cəsarətli idilər və övladlarını Ukraynadakı müharibəni varlanmaq şansı kimi qəbul etmələri barədə ruhlandırırdılar. Oğullarına “sponsor” deyir, onları Ukraynanı doyunca talan etməyə təşviq edirdilər.
 
Daha bir telefon danışığının dinlənməsi onu göstərir ki, Ukraynada döyüşən Rusiya işğalçıları öz komandirlərinə qəzəblidirlər və onlardan Rusiya Federasiyasının hərbi prokurorluğuna şikayət etməyə hazırdırlar"- xəbərdə belə deyilir.
 
Sultan Laçın/moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10