Azərbaycandakı varlıların heç gilas almağa pulu çatmır...
Məşhur nigeriyalı futbolçu Allahın mükafatını qazanmaq üçün “Super Eagles”ın kapitanı Əhməd Musa çox möhtəşəm bir jest edib: o, doğma şəhəri Cosun 5 min sakininə içində pul olan zərflər paylayıb.
"Sports Brief" nəşrinin yazdığına görə, hər bir zərfdə yerli valyuta ilə 50 dollar olub.
İdmançının hədiyyəsini alanlar arasında müxtəlif peşə sahibləri olan sadə vətəndaşlar da var idi: dərzilər, pinəçilər, tərəvəz tacirləri və bir çox başqaları...
Musa futbol karyerasına şəhər küçələrində topdan başqa heç nəyi olmadığı bir halda başladığı üçün həmişə ehtiyacı olanlara dəstək olmağa çalışır. Məsələn, 2018-ci ildə o, 40 məhbusun borcunu ödəməklə onların azadlığa çıxmasına şərait yaradıb. 2022-ci ildə Afrika Millətlər Kuboku zamanı orada olarkən Seneqaldakı məscidlərdən birinə 1,5 min dollar bağışlayıb. Bundan əlavə, futbolçu dünyanın müxtəlif yerlərində ianələr toplayaraq çətin vəziyyətdə olan insanlara kömək edən xeyriyyəçi Əhməd Musa Fondunu təsis edib...
P.S. Təəssüf ki, Azərbaycanda bu boyda pulu olan nəinki futbolçu, heç oliqarx da yoxdur. Bizim varlıların heç gilas almağa pulu çatmır...
Sultan Laçın/moderator.az