
Yayılan videonu çəkən şəxs M.F. adlı şəxsi dediyi sözləri təkrarlamağa məcbur edir və bildirir ki, Lənkəranski ilə bağlı söylədiklərinə görə üzr istəsin. O, M.F.-ya ən ağır təhqirlərlə üzr istədir. O, həmin şəxsin təzyiqi ilə tutduğu əməldən peşman olduğunu və üzr istədiyini deyir, bir daha bu cür hallara yol verməyəcəyini söyləyir.
M.F.-nın üzr videosu da TikTokda yayılıb.
Qeyd edək ki, daha əvvəl bənzər videolara görə üzr istəməyə məcbur edən şəxslər barəsində cinayət işi başladılıb.