Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı şəhər sakini narkotik satışına, rayonun Xoşçobanlı kənd sakini isə televizor oğurladığına görə həbs ediliblər


Cenub.az-a daxil olan malumata görə, Masallı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Xoşçobanlı kənd sakini Tağıyev İlqar Nəzir oğluna məxsus, onun Xoşçobanlı kəndində yerləşən evindən qabaqcadan əlbir olan bir qrup şəxs 01 ədəd “StarSat” markalı plazma televizoru oğurlamışdır.

Əvvəllər məhkum olunmuş Xoşçobanlı kənd sakini 09.07.1993-cü il təvəllüdlü Məmmədov Hüseyn Seyran oğlu və əvvəllər məhkum olunmuş Yevlax şəhər sakini 23.01.1996-cı il təvəllüdlü Həsənov Vüqar Nizami oğlu bununla bağlı saxlanılmış, həmin şəxslərin oğurladıqları 01 ədəd televizor götürülmüş, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.    

-----------------------------

Masallı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 05.02.1969-cu il təvəllüdlü Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəbiyev Zamin Fərhad oğlu cinayət əməli ifşa olunmaqla saxlanılmışdır.

Həmin şəxsin üzərindən RPŞ-də güclü təsir edən narkotik vasitələr aşkar olunmuş, fakta görə Masallı RPŞ-nin İB-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla Zamin Şəbiyev barəsində Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Masallı Rayon Polis Şöbəsi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10