Dövlət Gömrük Komitəsinin sədr müavini, general İqbal Babayev təltif edilib.
Bu barədə generalın özü məlumat paylaşıb.
Bildirib ki, Ukraynanın Gömrük işi və Maliyyə Universitetinin 2022-ci il iyun ayının Elmi Şurasının qərarı ilə Gömrük Universitetləri Assosiasiyasının prezidenti, Avstraliyanın Çarlz Sterta Universitetinin professoru Devid Viddovsona, Latviyanın keçmiş gömrük xidmətinin rəhbəri, Riqa Texniki Universitetinin Gömrük və Vergi kafedrasının müdiri, professor Ayvars Krastınışa və ona Universitetin “Fəxri doktoru” adı verilib
Qeyd edək ki, bir neçə gün öncə DTX-nin keçirdiyi əməliyyat zamanı İ.Babayevin saxlanıldığı barədə məlumat yayılmışdı.
Sözügedən əməliyyatla bağlı heç bir rəsmi açıqlama olmasa sa, İ.Babayev açıqlama verərək, məlumatın yanlış olduğunu bildirmişdi./pakupost.az