Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) kəşfiyyat şəbəkəsini ifşa edib. Şəbəkə Ukraynanın ələ keçirilməsində ruslara kömək edib.
Bu barədə SBU-nun mətbuat xidməti məlumat yayıb.
QRU-nun kəşfiyyat şəbəkəsinə ukraynalı deputat Andrey Derkaç daxildir. İstintaqın məlumatına görə, deputat Ukraynanın qısa zamanda ələ keçirilməsini təmin etmək üçün müxtəlif regionlarda bir sıra özəl mühafizə şirkətlərinin qurulmasına nəzarət edib. Onun barəsində ibtidai istintaq başlayıb.
SBU deputatın keçmiş köməkçisi İqor Kolesnikovu saxlayıb. Kolesnikov saxlanıldıqdan sonra “Veteran” rəqəbli Derkaçın Rusiya Baş Qərargahının məxfi zabiti olduğunu deyib. Özü isə Rusiya xüsusi xidmət orqanları ilə Derkaç arasında kuryer rolunu oynayıb.
Kolesnikovun sözlərinə görə, Derkaç 2016-cı ildə işə cəlb olunub. Onunla şəxsən QRU-nun yüksək rəhbərliyi – idarə rəisi İqor Kostyukov və onun birinci müavini Vladimir Alekseyev işləyib.
Derkaç Rusiya Baş Qərargahından şəxsi mühafizə strukturlarının yaradılması üçün vəsait alıb və bu vəsaitdən rus ordusunun Ukraynanı ələ keçirməsində istifadə etməyi planlaşdırıb. QRU planlarını həyata keçirmək üçün bir neçə aydan bir 3-4 milyon ABŞ dolları ayırırb. Bu vəsaitin böyük hissəsi Derkaçın özünə çatıb.
Kolesnikov müharibədən əvvəl həbs edilsə də, sonradan istintaqla razılığa gələrək, baş verənləri təfərrüatlı şəkildə etiraf etməli olub. Məhkəmə mayda onu “vətənə xəyanət”də ittiham edib.Teleqraf