Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ələt-Astara yolundakı qəzada yaralananların sayı 20-yə çatıb - YENİLƏNİB


Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

"Report"un məlumatına görə, Cəlilabad rayon mərkəzi xəstəxanasına 6, Masallı rayon mərkəzi xəstəxanasına isə 14 yaralı gətirilib. 

Yaralılara ilkin tibbi yardım göstərilir. 

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10