Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Beynəlxalq Elmlər Akademiyasının prezidenti Masallıda


Sağlamlıq və Ekologiya üzrə Beynəlxalq Elmlər Akademiyasının prezidenti Professor Volter Koflerin başçılıq etdiyi nümayəndə heyəti bu Akademiyanın Azərbaycan bölməsinin 20 illik yubileyi münasibətilə 17-19 iyun 2022-ci il tarixlərində ölkəmizə səfər etdilər.

Sözügedən Akademiyanın Azərbaycan bölməsi Akademik Cəlal Əliyev tərəfindən 2001-ci ildə təsis edilmişdir. Akademiya dünyanın ən böyük akademik birliyi olmaqla yanaşı tərkibində 1500-dən çox akademik var, bunların 114-ü Nobel mükafatı laureatıdır.

Səfərin məqsədlərindən biri də Bioloji Təbabət Klinikasının nəzdində fəaliyyət göstərən “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzini sözügedən Akademiyanın strukturuna daxil edilməsidir.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti 19 iyun 2022-ci il tarixində Masallı rayonuna səfər etdilər. Qonaqlar əvvəlcə, Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət etdilər. Abidə önünə gül dəstələri qoyuldu, Ulu Öndərin xatirəsi ehtiramla yad olundu. Həmçinin, Masallı şəhərinin Qəhrəmanlar Parkında “Şəhidlər abidə kompleksi” ziyarət olunaraq Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edildi.

Daha sonra Masallı Bioloji Təbabət klinikasına səfər edən nümayəndə heyəti klinikanın diaqnostik-laborator imkanları ilə yaxından tanış oldular, pasiyentlərə yaradılan imkanları öyrəndilər.

Masallı Bioloji Təbabət klinikasına səfərində Professor Volter Kofleri Bioloji Təbabət Klinikalarının təsisçi direktoru Elxan Yaqubov, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Professor Elçin Xəlilov, Azərbaycan Tibb Universitetinin əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, ölkəmizin ilk və yeganə qadın əczaçılıq elmləri doktoru, professor Məhbubə Vəliyeva, Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar həkim, Bioloji təbabət və antihomotoksik terapiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli müşayiət etdilər.

Səfərlə bağlı təəssütlarını bölüşən Professor Kofler qonaqpərvərliyə görə təşəkkür etdi, ölkəmizin regionlarında vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlığı üçün yaradılan belə yüksək şəraitdən məmnunluğunu bildirdi, klinikanın işinə uğurlar arzu etdi.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10