Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Axmaqlıq ən böyük xəstəlikdir - Mahatma Qandidən aforizmlər


Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olan Mahatma Qandinin aforizmlərini təqdim edirik.

Heç kimə kirli ayaqları ilə beynimdə gəzmə fürsəti vermərəm.

Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur.

Əvvəl veclərinə almazlar, sonra lağa qoyarlar, sonra qısqanarlar və ən sonda məğlub olarlar.

Təcavüz etməmək inancımın birinci maddəsidir. Eyni zamanda o, etiqadımın da son maddəsidir.

Qadın kişinin əsiri deyil; can yoldaşı, dəstəyi, taleyinin və sevincinin tam mənada ortağıdır.

Birinə haqsızlıq edib yüz adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır.

Bizi bunlar yox edə bilər: ölkəsiz siyasət; vicdanı üstələyən əyləncə; əziyyətsiz var-dövlət; intellektual, ancaq xaraktersiz “insan”lar; əxlaqi cəhətdən kasıb biznes; insan sevgisini alt plana itələmiş bilik; fədakarlığı zəif din anlayışı.

Dediklərinizə diqqət edin – fikrə çevrilər. Fikirlərinizə diqqət edin - hisslərə çevrilər. Hisslərinizə diqqət edin – davranışlarınıza çevrilər. Davranışınıza diqqət edin – vərdişə çevrilər. Vərdişlərinizə diqqət edin – dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin – xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin – taleyinizə çevrilər.


Həqiqətən yatmış adamı oyatmaq olar. Vay o gündən, insan özünü yatmış kimi göstərə, iki dünya bir ola, xeyri yoxdur.

İnsan həyatının bir sahəsində haqsızlıq edib, digər sahəsində haqlı ola bilməz. Həyat bölünməz bir bütündür.

Ədalətsiz rejimi ədalətlə yıxın. Alqışlar qarşısına qansız əllə çıxın. Sıxılmış yumruqlara əl uzatmayın.

Zəif insanlar bağışlamazlar. Bağışlamaq güclülərə xasdır.

Siz öz əlinizlə təslim etməyincə, heç kim şəxsiyyətinizə olan hörməti əlinizdən ala bilməz.

Sevgi hər zaman iztirab çəkər. Heç vaxt inciməz və intiqam almaz.

Təcavüzə qarşı birləşən güc, əmin olun ki, insanın istehsal etdiyi bütün silahlardan daha üstündür.

Bizim ən böyük xəstəliyimiz axmaqlığımızdır.

İnsan - əməllərinin cəmidir.

Dünyada görmək istədiyiniz dəyişikliyi özünüz edin.

Həqiqət bir daş qədər sərt, bir qönçə qədər də yumşaqdır.

Sadə yaşa ki başqaları da var ola bilsinlər.

Tanrı dualarımızı bizim düşüncəmizlə deyil, öz yolu ilə qiymətləndirir.

Torpağı qazıb onu becərməyi unutmaq özümüzü unutmaq deməkdir.

Axmaqlığın gözü pərdəlidir.

Sevginin olduğu hər yerdə həyat var.

İnsanlıqdan daha qüsursuz hansı kitab var ki?!

Düzgün, təmiz və şərəfli olmaq üçün pula ehtiyacımız yoxdur.

Əgər həqiqətən də eşidən qulaqlara sahibiksə, Tanrı bizə öz dilimizlə səslənəcək.

Gözə-göz, dişə-diş düşüncəsi bütün dünyanı kor edəcək.

Güc fiziki böyüklükdən deyil, boyun əyməyən iradədən gəlir.

Azadlıq heç vaxt “hər istədiyini etmə icazəsi” anlamını daşımayıb.

Hər səhər oyananda özümə belə bir söz verirəm: Dünyada vicdanımdan başqa heç kimdən qorxmayacağam. Heç kimin haqsızlığına boyun əyməyəcəyəm. Ədalətsizliyi ədalətlə yıxacağam və bütün varlığımla onun müqavimətinə cavab verəcəyəm.

Düşüncəyə qıfıl vurmaq, beyinə qıfıl vurmaq kimidir. Bu isə küləyin qarşısını kəsməkdən də çətindir.

Bu dünyada o qədər ac yaşayan insan var ki, Tanrı onlara bir parça çörək simasında görünür.

Dinlər eyni nöqtədə birləşən fərqli yollardır. Eyni məqsədə doğru gediriksə, yolları ayırmağın nə əhəmiyyəti var ki?!/kulis az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10