İş adamı, Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova aid “PalSüd” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışmış işçilərin pulları geri qaytarılmır.
Bu barədə “PalSüd” MMC-nin keçmiş işçiləri müraciət ünvanlayıblar.
Müraciəti zavod üçün süd toplayan şəxslər edib və pullarının mənimsənildiyini iddia edirlər:
“Palsüd” MMC-nin süd zavodu üçün Masallı rayon və onun əhatəsində olan kəndlərində əhalidən süd qəbul etmişik. Məhsulu rayonun Şərəfə süd qəbulu məntəqəsi, Mahmudavar süd qəbul məntəqəsi və “Palsüd” MMC-nin süd zavoduna təhvil vermişik. Südü sözügedən zavoda 2016-2017-ci illərin avqust, sentyabr, oktyabr aylarında hər litri 0.35 və ya 0.40 AZN-ə satmışıq. Satılmış südə dair qarşı tərəfə inandığımız üçün heç rəsmiləşdirmə aparılmayıb. Bizim əhalidən yığdığımız tonlarla südün pulunu zavodun direktoru Mais Mənsimov bir neçə ildir ki, yalandan vəd versə də bu günə qədər ondan pulumuzu ala bilmirik.
İlk vaxtlar südü təhvil verdikdan sonra hissə-hissə pulumuzu alsaq da, ancaq sonradan pulun ödənişi tamamilə dayandırılıb.
Pulumuzu ala bilmədiyimiz üçün keçən il şikayətimizi Masallı rayon polis bölməsinə etdik. Massallı rayon polis şöbəsinin müstəntiqi Nizami Canıyev bizim pulumuzu aldığımıza dair sanədə imza atacağımız halda, şikayətimizin tezlikla həll ediləcəyinə söz verdi.
Biz də səlahiyyətli şəxs olan Nizami Canıyevə inanaraq pulumuzu aldığımıza dair sənədə imza atdıq. Lakin, bundan aylarla keçməsinə baxmayaraq hələ də pulumuzu ala bilməmişik.
Müvafiq qurumlara bununla bağlı şikayət ünvanlamağımıza baxmayaraq, bizim şikayətimizə baxan yoxdur.
Pandemiya ilə əlaqədar olaraq hər kəs kimi, bizim də yaşayış səviyyəmiz ürəkaçan deyil. Yuxarıda göstərilən məbləğləri bizlər borc-xərclə, bankdan kredit götürməklə, uşaqlarımızın boğazından kəsərək süd topladığımız fermerlərin borclarını ödəmişik. Pulların ödənilməsi üçün son ümid yerimiz Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadır. Ali Baş Komandana və Mehriban xanıma müraciət edərək, məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirik”.
Şikayətçilər bildirir ki, Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun onlara ümumilikdə (16 nəfər şəxsə) 212 min 934 AZN borcu var.
Həmin şəxslərin siyahısını təqdim edirik:
Tahirov Xanbala Şabala oğlu - Lənkaran rayonu, Boladi kandi (25 200 AZN),
Hüseynov Qulamhüseyn Hüseyn oğlu - Masallı rayonu, Xıl kəndi (10 000 AZN),
Rəhimov Dövlət Rizvan oğlu - Lənkaran rayonu, Cil kəndi (30 000 AZN),
Talibov Məmməd Ərastun oğlu - Masallı rayonu, Boradigah qəsəbəsi (30 000 AZN),
Nəsirov Şaiq Sabir oğlu - Lənkaran rayonu, Zövlə kəndi (10 000 AZN),
Nuriyev Əlizada Oqtay oğlu - Lənkaran rayonu, Cil kəndi (24 000 AZN),
Qasimov Həmdulla Tağı oğlu Masallı rayonu, Sinabil kəndi (9 000 AZN).
Demokrat.az