Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitlerin son müsahibəsində Rusiyada nasizm haqda şok proqnozlar verdiyi bilindi...


Hitler:  "Milli sosializm gələcəyə məxsusdur, mən qorxmadan söyləyirəm ki, bu, 21-ci əsrdə olacaq. Mən 21-ci əsrdə, milli sosializm əgər Rusiyada qalib gələrsə, təəccüblənmərəm..."


İntiharından bir neçə gün öncə Hitler bir isveçrəli jurnalisti öz bunkerinə dəvət edib.  Faşist Almaniyasının məğlubiyyətə düçar olmuş lideri jurnalistə deyib ki, nasional-sosializm(irqçilik, nasizm-S.L.) Rusiyada yaşayacaq.
 
Bu barədə  “Ukrayna 24” kanalının “Belə bir hekayə” verilişinin efirində layihənin aparıcısı Andrey Bulqarov danışıb.
 
"İntiharından bir neçə gün əvvəl Hitler bir isveçrəli jurnalisti bunkerə dəvət edib. Müsahibədə o, başqa şeylərlə yanaşı, Sovet İttifaqına hücum etdiyinə görə təəssüfləndiyini də bildirib. Yeri gəlmişkən, eyni müsahibədə Hitler nasional-sosializmin yaşayacağını, özünün əsl inkişafını və yüksəlişini isə Rusiyada alacağını iddia edib...  Bəs Putin ölməzdən əvvəl nəyə peşman olacaq? Hələ məlum deyil. Amma biz bunu biləndə, şəxsən mən onun Ukraynaya əl qaldırmasına görə  peşimançılıq ifadə edəcəyinə təəccüblənməyəcəm. ", - deyə Bulqarov vurğulayıb. 

 

Araşdırmalardan bəlli olub ki, Hitler isveçrəli jurnalist Kurt Şpeydelə müsahibəsində Rusiya haqda  əsasən  bu suala cavabında danışıb(reytinq.az):

"Bu gün 1945-ci il aprelin 29-dur. Məğlubiyyətə uğradığınızı dərk edirsinizmi?"


Hitler belə deyib:

"Bizim məğlub olduğumuzu düşünmürəm. Almaniya – bəli, o, müharibəni uduzub, Vermaxt məğlubiyyətə uğrayıb. Ancaq biz ən güclü ideyaya təkan verdik. Milli-sosializm görkəmli üstünlüyünü sübut etdi...


Bəli, biz döyüşdə uduzduq, ancaq bu yuxarıdan düşməkdir. Milli-sosializm gələcəyə məxsusdur, mən qorxmadan söyləyirəm ki, bu, 21-ci əsrdə olacaq. Mən 21-ci əsrdə, milli-sosializm əgər Rusiyada qalib gələrsə, təəccüblənmərəm. Bu müharibə illərində mən irqçi dünyagörüşümü nəzərdən keçirməyə məcbur oldum.


Sizə nə deyəcəyəm? Burada, Avropada heç kim Rusiyanı tanımırdı və heç vaxt tanımayacaqdı. Mən rusları tamamilə idellaşdırmıram, rusların arasında çoxlu asiyalı da var. Ancaq fakt faktlığında qalır, Rusiya xalqı bu dəhşətli müharibədə daha güclü və sərt idi, mən ağ irqin xilasının Şərqdən gələcəyinə təəccüblənmirəm. Bu məntiqli olacaq..."

Sultan Laçın/moderator.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10