Cenub.az xəbər verir ki, Masallı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını həyata keçirən şəxslər saxlanılıb.
Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 16.02.1985-ci il təvəllüdlü Bağırov Elşən Rəfail oğlu və 11.08.1979-cu il təvəllüdlü Nuriyev Şamil Hakim oğlu cinayət əməlləri ifşa olunmaqla saxlanılmış, RPŞ-də axtarış aparılan zaman həmin şəxslərin üzərindən güclü təsir edən narkotik vasitələr aşkar olunmuşdur.
Onların törətdikləri cinayət əməlləri ilə bağlı Masallı RPŞ-nin İB-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlanaraq hər iki şəxs barəsində Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Məlumat cenub.az-a Masallı Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuşdur.