Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-nin süqutunu gətirən “altılıq” - Onlardan yalnız biri həyatdadır


Sovet İttifaqının süqutunu rəsmiləşdirən Belovej razılaşmasının daha bir iştirakçısı, Rusiyanın sabiq dövlət katibi Qennadi Burbulis ötən gün vəfat etdi.

O, beynəlxalq forum çərçivəsində qonaq qismində gəldiyi Bakıda mehmanxanalardan birində dünyasını dəyişdi.

Qennadi Burbulis Boris Yeltsinin yaxın köməkçisi və 1991-1992-ci illərdə Kremlin “boz kardinalı” kimi tanınırdı və sonradan ləğv edilən dövlət katibi postu ilə yanaşı, Rusiya Baş nazirinin 1-ci müavini postlarını tutub.

Məhz Burbulis SSRİ-nin süqutunu rəsmiləşdirən və Belarus, Ukrayna və Rusiya rəhbərlərinin imzaladığı Belovej razılaşmasını hazırlamış və ora məşhur “Sovet Sosialist Respublikalarının İttifaqı beynəlxalq hüququn və geosiyasi reallığın subyekti kimi öz mövcudluğunu dayandırır” ifadəsini əlavə etmişdi.

Burbulis 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başladığı xüsusi əməliyyata da qarşı çıxırdı.

77 yaşında vəfat edən Burbulisin ölümü ilə Belovej razılaşmasını imzalayan 6 nəfərdən biri idi.

Lent.az Belovej razılaşmasını imzalayan həmin 6 siyasətçinin taleyinə qısa nəzərə salır.

Belovej razılaşmasını imzalayan Rusiyanın sabiq lideri (1991-1999) Boris Yeltsin 2007-ci il aprelin 23-də vəfat edib.

Razılaşmaya qol çəkən Belarus Nazirlər Şurasının sədri (1990-1994) Vyaçeslav Kebiç isə 2020-ci il dekabrın 9-da Minskdə vəfat etmişdi.

Onunla birlikdə Belarus adından sənədə imza atan əsas şəxs, Belarus Ali Sovetinin sədri (1991-1994) Stanislav Şuşkeviç 2022-ci il mayın 3-də vəfat edib.

Ukraynanın ilk Prezidenti (1991-1994) və razılaşmaya bu ölkə adından imza atan Leonid Kravçuk 2022-ci il mayın 10-da Almaniyanın Münhen şəhərində vəfat edib.

Rusiyanın sabiq dövlət katibi Qennadi Burbulisin ötən günkü vəfatı ilə hazırda Belovej razılaşmasını imzalayan 6 siyasətçidən yalnız biri - Ukraynanın sabiq Baş naziri Vitold Fokin həyatdadır. 89 yaşlı Fokin 1991-ci il avqustun 24-dən 1992-ci il oktybarın 1-nə q      ədər müstəqil Ukraynaın ilk Baş naziri hökumətə rəhbərlik edib.

İstefaya göndərildikdən sonra 1994-сü ilə qədər Ali Radanın deputatı olub.

2020-ci il avqustun 18-də Fokin Donbas üzrə üçtərəfli kontakt qrupunun Ukrayna tərəfdən nümayəndə heyəti rəhbərinin müavini təyin olunmuş, amma Rusiya yönümlü açıqlamalarına görə, həmin il sentyabrın 30-da Prezident Vladimir Zelenskinin sərəncamı ilə vəzifəsindən azad olunub.

Beləliklə, SSRİ-yə ölüm hökmü imzalayan “altılıq” üzvlərindən yalnız biri - Vitold Fokin həyatdadır.

Qeyd etmək lazımdır ki, adları çəkilən şəxslər yanaşı, Belovej razılaşmasının hazırlanmasında daha 4 nəfər aktiv iştirak edib.

Mətnin tərtib olunması və görüşün təşkilində Ukraynanın o zamankı XİN başçısı (1990-1994) Anatoli Zlenko, Rusiyanın dövlət məsləhətçisi (1991-1992) Sergey Şaxray, Rusiyanın sabiq XİN Başçısı (1990-1996) Andrey Kozıryev və Belarusun eks-XİN başçısı (1990-1994) Pyotr Kravçenko iştirak ediblər.

Onların arasında yalnız Anatoli Zlenko 2021-ci il martın 1-də vəfat edib./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10