Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mübariz Mənsimovun Lənkərandakı 10 milyonluq mülklərini hansı dövlət məmuru alıb..?


Dünyada nəinki milyoner, hətta milyarderlər  arasında  azərbaycanlı görmək hər birimiz üçün qürurvericidir.
Təsəvvür edirsiniz, indicə media  üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, həmyerlimiz, soydaşımız Mübariz Mənsimovun adı dünya miyarderləri siyahısındadır.
Bəli, dünya milyarderlərinin yeni siyahısında azərbaycanlı iş adamı Mübariz Mənsimov da var.
Qısa  məlumat  üçün  bildirək ki,  məşhur “Forbes” jurnalının siyahısında 69 milyard dollara sahib Karlos Slim Helu yenə birincidir.
Son üç ildə lider olan meksikalı telekomunikasiyaçının sərvəti 2011-də 74 milyard olub.
Helunu 61 milyardla amerikalılardan “Microsoft” firmasının qurucusu Bill Geyts və 44 milyardla iş adamı Varren Baffet izləyir.
Deməli,  bu il  siyahıya 128  yeni milyarder  daxil olub, 117-si isə buranı tərk edib. Ötən il siyahıda 1210 nəfər olduğu halda, bu dəfə miyarderlərin  sayı rekord vurub - 1226.
Əvvəlki siyahıda olanların ümumi sərvəti 4.5, yenisində isə daha çox - 4.6 TRİLİYON təşkil edir.
Bu il türklərdən 35 şəxs onlar sırasında yer alıb. Ötən il bu rəqəm 39 olub.
Türkiyədən ən öndə gedənlər Hüsnü Özyeğin (Fiba Holding-3 milyard dollar) 377-ci, Mehmet Emin Karamehmet (Çukurova Holding-2,9 milyard dollar) 401-ci, Murat Ülker (Yıldız Holding-2,8 milyard dollar) 418-cidir.
İndi gələk Mübariz Mənsimova...
Bizim Mübariz Mənsimov  1 MİLYARD dollarla dünyada 1226 şəxs sırasında 1153-cüdür.
Yəqin ki, bəlli oldu ki, söhbət  “Palmali” Şirkətlər Qrupunun rəhbəri və “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovdan gedir.
Mübariz  Mənsimovla bağlı  son bir neçə ayda  baş verənlər, onun kimlərsə tərəfindən siyasi müstəviyə  çəkilməsi  və s  ciddi  müzakirə mövzusu oldu.
Sonda özü də  “dil xətası”na yol veridiyini etiraf etdi.
Əlbəttə, bütün bunlar  Gündəlik-Bakının maraq dairəsində deyil.
Bizim üçün  xəbər olaraq  maraqlı olan odur ki, milyarder soydaşımız  Mübariz Mənsimovun mülkləri satışa çıxarılıb.
Belə ki, Gündəlik-Bakıya daxil olan məlumata görə, Mübariz Mənsimovun  Lənkərandakı  dəyəri 10 milyon olan mülklərini dövlət məmurlarından biri alıb.
Məlumat  üçün onu qeyd edək ki, dövlət büdcəsini talamaqla  yüz milyonlara sahib olan həmin məmur böyük  biznes şəbəkəsinə  sahibdir.
Həmin dövlət məmuru yuxarı dairələrin adından sui-istifadə edərək öz şəxsi maraqlarını, şəxsi  biznesini artırır.
Məlumat  üçün onu da qeyd edək ki,  həmin dövlət məmuru Mübariz Mənsimovun Lənkərandakı  Olimpiya kompleksinin arxasındakı  Palmali istirahət mərkəzini çox baha qiymətə  alaraq adını da  KARNAVAL qoyub.
Həmin dövlət məmuru Lənkəranda Göyşavan kəndində Qafqaz otellə  üz-üzə  böyük bir ərazini alaraq orada kauçuk zavodu tikib.
Həmin məmurun Polis idarəsi ilə üzbəüz uşaq bağçası var, 100-dən çox mağazaları var.
Həmin dövlət məmurunun Bakıda 300-dən çox evi-mənzili, ticarət mərkəzləri, beton-asfalt zavodu var.
Haqqında bəhs etdiyimiz məmur milyardlarla  valyutanı xaricə köçürüb, Avropada əmlaklar alıb,  vergidən yayınıb, heç bir dövlət qurumuna deklarasiya-bəyannamə təqdim etməyib.
Bəli, Mübariz Mənsimovun mülklərini alan dövlət məmuru  Türkiyədə, Polşada mülklər almaq üçün ölkədən külli miqdarda  valyuta çıxarıb.
Bu adam dövlət  məmuru olaraq   800-1000 manat maaş alır, amma  yüz milyonlara deyil, MİLYARDLARA  sahibdir.  Və hər yerdə Fondun adından istifadə edir.  
Həmin məmurun bir oğlu Kanadada atasının biznesini idarə edir, o biri oğlu isə Azərbaycanda atasının qara işlərini aparır.
Növbəti yazıda  Mübariz Mənsimovun əmlakına sahib olan dövlət məmuru barədə  geniş araşdırma yazısı dərc edəcəyik.
Bizi izləyin./gundelikbaku







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10