“Zalimin zülmündən daha dəhşətlisi Cahilin zülmüdür”.
Bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədəki statusunda yazıb.
F.Mustafa qeyd edib ki, bu müqəddəs dövləti 1918-ci ildə quranlar bizdən saymadığımız və hamıdan çox bizim olmağa haqqı çatan Aleksandr Osipoviç Çernyayevskinin türkcə "Vətən dili" dərsliyini oxuyub dərk edən aydınlar idi və azərbaycanlılar da bunu unutmamalıdır: “Yenə də 1991-ci ildə bu dövlətin müstəqilliyini bərpa edənlər Sovet təhsil sistemindən yetişən insanlar idi... Yəni mollaxanada yetişən düşüncə müasir dövlət qura bilməz. Biz əsrlərdir mollanın dinini yaşamışıq, Quranın dinini dolabların üstündə müqəddəsdir deyib toxunulmaz saxlamışıq. Bu gün təhsil sistemimizdə təcili o boşluqları doldurmalıyıq ki, buradan müstəqil və modern dövlətimizi qoruyacaq bir nəsil yetişsin. Bu ölkəni təkrar Molla İbrahimxəlil kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına çevirmək istəyənlərə qarşı hamılıqla intellektual dirəniş göstərməliyik. Çevrənizə diqqətlə baxsanız, görərsiniz ki, bu dirənişdə artıq xeyli gecikmişik”.
Musavat.com