Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Onu sifətdən tanıyırlar“ - Zərdüşt Əlizadə hansı siyasətçinin şöhrətinə “qısqandı“


“Bilmirəm ki, siz bu nəticəyə nəyin əsasında gəlmisiniz, fikrimcə, Volodimir Zelenski dünyada bir nömrəli populyar siyasətçidir”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, müharibənin uzanması ilə Ukrayna böhranına qlobal marağın zəifləməsi və prezident Volodimir Zelenskinin populyarlığının azalması iddiasına münasibət bildirib.

Z. Əlizadə əmindir ki, heç bir başqa dövlətin rəhbəri Zelenski qədər dünyada məşhur deyil:

“Onu sifətdən də tanıyırlar, həyat yolunu da bilirlər, məqsədlərini də bölüşürlər. Dünyanın aparıcı dövlətləri Zelenskiyə şəxsi dəstək verir. Sadəcə hər bir dövlətin fərqli siyasi məqsədi var. Məhz bu siyasi məqsədlərə görə Zelenski onlardan gözlənilən geniş dəstəyi ala bilmir. Amma əvvəl-axır alacaq, çünki “Lend-liz” barədə qanun qəbul olunub və bu, azı 10 milyard dollar həcmində silah tədarükü deməkdir. Yəqin ki, bu, avqustun sonu, sentyabrın əvvəlində baş verəcək”.

“Ukrayna ordusuna lazım olan gələcək ay yarım ərzində müqavimət göstərməkdir. Düşünürəm ki, onların da buna gücü çatacaq. 

Ukrayna cəmiyyətinin özü də çox möhkəmdir. Zelenskinin ətrafında birləşiblər və ondan güzəştə getməməyi tələb edirlər. O, xalqın bu tələbəni nəzərə alır. Ona görə də, Zelenskinin şöhrəti-şanı əsla azalmır”, - deyə müsahibimiz əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna xalqı Putin faşizminə qarşı mübarizə aparır:

“Yadınıza salım, 1941-ci ildə nasistlər Moskvaya qədər gəlib çıxmışdılar. Bundan sonra sovet xalqı toparlandı və Vermaxtı geri oturtdu. Ukrayna xalqı da Putin faşizmini geri oturdacaq, çünki buna əminəm”.

Rafi MÜSLÜMOV/yenisabah.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10