Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Kişi qucağında uşaqla gəlib dedi ki, arvadım evdən qaçıb“


“Ümumiyyətlə, bu cür verilişləri təşkil etmək bir siyasətdir. İkinci Dünya Müharibəsindən sonra Almaniyanı sakitləşdirmək üçün belə mövzuları mətbuatda ictimailəşdiriblər. Onda hələ televiziya indiki kimi formalaşmamışdı. Bu da Amerikanın siyasəti idi. İndi də eyni proses gedir. Dünya dövlətləri belə mövzuları ortalığa atırlar ki, baş qarışdırsınlar”.

Cenub.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, Əməkdar jurnalist İradə Tuncay efirlərimizi biabırçı vəziyyətə salan ailə məsələlərindən bəhs edən verilişlər haqda danışarkən deyib. İradə Tuncay bu cür yanlış təbliğatın ailə institutunu dağıtmağa xidmət etdiyini bildirib:

"Mən burda ayrı səbəb görmürəm. Qadın seriallara baxır və elə bilir ki, o da elə yaşayacaq. Həyətində hovuzu, evində xadiməsi olacaq. O, buna inanır və ona da kənardan dəstək verirlər. Bu dəstək də xaricdən qrant almaq üçündür. Bu, ailə institutunu dağıtmağa hesablanıb, çünki bizdə bu institut həmişə möhkəm olub. Elə bilirlər ki, bu yaxşıdır, ailənin dağılması isə dövlətin dağılması deməkdir. 

Çox dəhşətli və qorxulu vəziyyət yaradıblar. Amma heç kim bunun nəticəsiylə bağlı fikirləşmir. O vaxt mən "Dalğa" verilişində işləyəndə bir nəfər kişi qucağında uşaqla gəlib dedi ki, arvadım evdən qaçıb. Mən sizə 1989-cu ildən danışıram, o vaxt arvadın evdən qaçması dəhşətli bir hadisə idi. Yəni o vaxtdan xarici dövlətlər bu dağılma prosesinə başlamışdılar. Onda bunu fikiləşmədilər, o böyük güclərin qarşısında heç nə də edə bilmədilər. İndi isə nə qədər çalışsan da, qarşısını almaq mümkün deyil”. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10